Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Koroğlu”-nun qarşısındakı kənd təsərrüfatı yarmarkası yığışdırılır

"Koroğlu”-nun qarşısındakı kənd təsərrüfatı yarmarkası yığışdırılır

"Bakı metropoliteni”nin "Koroğlu” stansiyasının qarşısında bayram yarmarkasının yerində qurulan kənd təsərrüfatı yarmarkasının yığışdırılmasına başlanılıb

 

Yenixeber.org: Ərazidə balıq satışı dayandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, "Koroğlu" stansiyasının qarşısında meyvə-tərəvəz, göyərti satılması da qadağan olunacaq: "Verilən tapşırığa uyğun olaraq, həmin ərazidə balıq satışı dayandırılıb, çünki balıq qoxusu vətəndaşların narazılığına səbəb olub".

Qeyd edək ki, hər il bayramlar ərəfəsində Bakıda metro çıxışlarında yarmarkalar təşkil olunur, çadırlar qurulur. Bu il də "Yeni il" bayramı ərəfəsi paytaxtda yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı üçün yarmarkalar təşkil olunub. "Koroğlu” stansiyasının çıxışında bayram yarmarkası üçün nəzərdə tutulan yerdə isə kənd təsərrüfatı mallarının satışı təşkil olunub. Balıq qoxusu ilə bağlı sakinlərin, metro istifadəçilərin ciddi narazılığı yaranıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam