Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

K/t məhsullarının satışı yarmarkaları təşkil olunmuşdurFüzulidə - FOTOLAR

K/t məhsullarının satışı yarmarkaları təşkil olunmuşdur

Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunmuşdur

Yenixeber.org: Prezident cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə yerlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir.

Ölkə başçısının tapşırığına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində, Zobucuq qəsəbələri ərazisində, Dörd yol adlanan ərazidə və Qayıdış qəsəbələri ərazisində əvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir. Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkaya mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsullar çıxarılmışdır. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdir.

Yarmarkada rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə tərəvəz, göyərti, şirniyyat və çərəzlər bazar qiymətlərindən 15-20 faiz aşağı qiymətə alıcılara təklif edilmişdir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində təşkil olunan yarmarkaya baş çəkmiş, alıcı və satıcılarla söhbət etmişdir. Alıcılar məhsulların keyfiyyətindən və qiymətlərin bazarlara nisbətən ucuz olmasından razılıqlarını bildirmiş, bu cür yarmarkaların mütəmadi təşkil olunmasını vurğulamışlar.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları insanların rahatlığını təmin etmək, ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə Novruz bayramına kimi hər həftənin şənbə və bazar günləri əhalinin sıx məskunlaşdığı 4 istiqamətdə təşkil olunacaqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam