Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MOSKVA ƏRDOĞANIN YENİDƏN ABŞ-la YAXINLAŞACAĞINDAN EHTİYATLANIR –Ankara "S-400"-ü almaqdan imtina edə bilər - TƏHLİL

Vladimir Muxin

“Nezavisimaya qazeta”, Rusiya

 

Rusiyanın hərbi-iqtisadi və geopolitik maraqlarına toxunan hadisələr Vladimir Putinin 19 noyabrda Ankaraya nəzərdə tutulan səfərinə pərtlik sala bilər. Bu, Bəşər Əsədin qoşunları ilə İdlibdəki silahlılar arasında döyüş əməliyyatlarının aktivləşməsi, həmçinin Ankaranın Moskvadan S-400 zenit raket sistemlərini almamaq haqqında qərar verməsinin mümkünlüyü ilə bağlıdır.

Yenixeber.org: Ankara və Moskvanın iştirakı ilə yaradılmış İdlib gərginliyi azaltma zonasında hazırda faktiki olaraq atəşkəs yoxdur. Və heç bir zaman olmayıb. Bu, ilk növbədə Suriyada düşmən olan tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin verdiyi gündəlik məlumatlarla, həmçinin ərəb və türk KİV-lərinin informasiyaları ilə təsdiqlənir. RF və Türkiyə prezidentlərinin bu ilin 17 sentyabrında Soçidə keçirilən görüşünün nəticəsində imzalanan rus-türk memorandumuna əsasən, 15-20 km dərinliyi olan İdlib gərginliyi azaltma zonası 15 oktyabr 2018-ci ilədək yaradılmalı idi. Lakin Türkiyə, öz tərəfində təhlükəsizlik şəraitini təmin etmək imkanının olmaması ilə əlaqədar olaraq, ona əlavə vaxt verilməsini və İdlibdə birgə patrul xidmətinin aparılmasının təxirə salınmasını xahiş etdi.

Görünür, durum heç vaxt normallaşmayacaq. Suriyadan gələn xəbərlərə görə, İdlibdə silahlılar hökumət qoşunlarına daha sərt cavab vermək niyyətindədirlər. Türkiyə, görünüşə görə, tərəfsizliyini qoruyur, lakin silahlıların əsas qüvvələri hələ də məhz bu ölkədən bəslənir.

Ancaq Moskvanı hər şeydən çox, Türkiyə rəhbərliyinin ABŞ-la münasibətləri normallaşdırmaq haqqında bu yaxınlarda verdiyi qərarla bağlı Ankaranın addımları pərt edə bilər. Bu günlərdə türk hökumətinə yaxın olan KİV-lərdə aktiv şəkildə Ankara tərəfindən rus S-400 raketlərinin əvəzinə “Patriot” zenit raket komplekslərinin alınması müzakirə olunur. Türk “Anadolu” informasiya agentliyinin verdiyi məlumata görə, “Türkiyə hakimiyyəti hazırda gözləyir ki, Pentaqon ABŞ Konqresindən ona “Patriot”ların çatdırılması məsələsilə bağlı olaraq səlahiyyət verilməsini tələb edəcək. Pentaqona həmçinin Türkiyəyə veriləcək sistemlərə xidmət etmək səlahiyyəti veriləcək. Gözlənilir ki, Konqres “Patriot”ların çatdırılması məsələsilə bağlı Pentaqona cari ilin dekabrında səlahiyyət verəcək”.

Bu məlumatlar gözlənilməz görünür, çünki ötən ilin dekabrında Türkiyə və RF Ankarada S-400-lərin alınması üçün kredit anlaşması imzalayıb. Razılaşmanın məbləği 2,5 milyard dollardır. Türkiyə Prezidenti Ərdoğanın sözlərinə görə, bunun, demək olar ki, yarısını Ankara ödəyib. Və guya, artıq bir il sonra Ankara S-400-lərin ilk komplektini almalıdır. Lakin alacaqmı?

“Anadolu” informasiya agentliyi xəbər verir ki, Vaşinqton növbəti dəfə Ankaraya xəbərdarlıq edib: “Moskvadan S-400-lər alınarsa, ABŞ beşinci nəsil qırıcı-bombardmançı F-35-lərin Ankaraya satılmasından imtina edə bilər”.

Agentliyin informasiya mənbəyi qeyd edib ki, “S-400-lərlə bağlı kontrakta görə Ankaraya sanksiyaların tətbiq olunub-olunmayacağını dəqiq deyə bilmərəm, lakin belə bir ehtimal mövcuddur. ABŞ administrasiyası bu məsələ ilə bağlı olaraq optimizm hiss etmir. F-35-lərin uçuş həyata keçirdiyi rayonlarda S-400-lərin yerləşdirilməsi təhdid yaradır.

Türkiyə, zenit raket komplekslərinin satın alınması ilə bağlı qərar vermək hüququna sahib olan suveren dövlətdir. Lakin NATO sisteminə inteqrasiya nöqteyi-nəzərindən, rus kompleksləri problem yaradır. Bu məsələ ilə əlaqədar Vaşinqtonla Ankara arasında aparılan danışıqlar davam edir”.

Eyni zamanda qeyd edilir ki, “Patriot” zenit raket komplekslərinin alınması ilə bağlı Türkiyə ilə ABŞ arasında aparılan danışıqlarda müsbət meyllər gözə çarpır.

Beləliklə, gözləmək olar ki, Ankara rus S-400-lərinin alınmasından imtina edilməsilə bağlı Moskva üçün həddindən artıq əlverişsiz olan bir qərar qəbul edə bilər.

Hərbi ekspert polkovnik Şamil Qarayev hesab edir ki, “Ankara cərimə ödəməli olacaq. Lakin o, bunu ABŞ-la birgə digər hərbi-texniki və geopolitik layihələr hesabına artıqlamasilə kompensasiya edəcək”.

Məlum olduğu kimi, Türkiyə ilə ABŞ arasında münasibətlərin normallaşması Ankaranın orada iki ilə yaxın həbsdə olan amerikalı rahib Bransonu bu yaxınlarda həbsxanadan azad etməsilə başladı.  Buna cavab olaraq, ABŞ, Ankaranın terrorçu hesab etdiyi Kürd Fəhlə Partiyasının (PKK) liderlərini, real olaraq, axtarışa verdi. Pentaqon da türk qoşunları ilə birgə Menbiç rayonunda, Suriya ərazisində praktiki patrul xidməti göstərməyə başladı. Vaşinqton tərəfindən Ərdoğan rejiminə Fərat çayının şərqi istiqamətində Şimali Suriyanın işğalını davam etdirməyə imkan verən digər imtiyazların verilməsi də gözlənilir.

Moskvanın buna mane olacağını söyləmək çətindir. Axı o, artıq 2018-ci ilin başlanğıcında “Türk axını” naminə kürd anklavı olan Afrini Türkiyəyə güzəştə gedib və İdlibdə hərbi əməliyyatlar aparmamağa razılaşıb. O zaman Dəməşq, Moskvanın atdığı bu addımlardan narazı qalmışdı. Ərəb KİV-lərinin verdiyi məlumatlara əsasən, indi hökumət qoşunları Əbu-əd-Duxur (İdlib vilayəti) hava bazası yaxınlığında cəmləşib, orada, şayiələrə görə, RF-də qadağan olunmuş “Heyət Tahrir əş-Şam” (keçmiş “Cəbhət ən-Nusra”) qruplaşmasının döyüşçülərinə qarşı yeni hərbi əməliyyatın keçirilməsi planlaşdırılır.

İdlibdəki ekstremistlərin məhv edilməsi üçün Moskvanın Əsəd qoşunlarına kömək edib-etməyəcəyi məlum deyil. Lakin İran bu məsələdə Dəməşqin real müttəfiqi olaraq qalır, bu da yalnız Türkiyəni deyil, ABŞ və İsraili də qəzəbləndirir.

Vaşinqtonun Ankaranın Tehrandan iqtisadi asılılığını azaltmaqla, o cümlədən Türkiyənin neft satınalmalarını diversifikasiya etməklə bağlı planları var. Kurdistan.ru internet portalı xəbər verir ki, “Türkiyə hakimiyyətini sanksiyalara əməl etməyə və İrandan neft almağı dayandırmağa inandırmaq üçün bu yaxınlarda ABŞ nümayəndə heyəti Ankaraya səfər edib. Onlar Ankaraya təklif ediblər ki, enerji tələbatında yaranacaq boşluğu Kürdüstandan neft və qaz almaqla doldursunlar”.

Lakin, görünür, Ankara hələ buna hazır deyil. Üstəlik, orada neft biznesilə fəal şəkildə Rusiya strukturları məşğul olur.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam