Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Tehran sammitində önəmli İdlib bəyanatı - Mövqelər toqquşdu

    

Tehran sammitində önəmli İdlib bəyanatı - Mövqelər toqquşdu
Tehranda Suriyada siyasi nizamlanma üzrə Astana prosesi çərçivəsində bu ölkədə atəşkəsə qarant ölkələr olaraq Türkiyə, Rusiya və İran liderlərinin Suriya böhranına həsr edilən üçtərəfli sammitində İdlibə dair önəmli açıqlamalar verilib. 
Yenixeber.org: Məhz bu sammitin yekununda İdlibin taleyinə - ora birgə hücumun təşkil edilib-edilməməsinə, yaxud Bəşər Əsəd hökumətinə bu məsələdə dəstək verilməsi məsələsi barədə qərar qəbul ediləcək. Rusiya və İran İdlibə hücumu dəstəkləsələr də, Türkiyə bu məsələdə qarşı cəbhədə yer alır. Səbəblərdən biri isə, Bəşər Əsədə qarşı Ankaranın dəstəklədiyi suriyalı müxalifətin bu bölgədə yerləşməsidir. Elə Ərdoğanın sammitdəki çıxışında da bu özünü göstərib. 

“İdlibdəki müxalifət son zamanlar yaşanan proseslər üzündən aldadıqlarını düşünürlər. Türkiyə olaraq şəhidlər verdiyimiz üçün hesab edirik ki, indi İdlibdəki proseslər çox riskli bir istiqamət alıb. İdlib sadəcə Suriyanın gələcəyi üçün deyil, bizim milli təhlükəsizliyimiz və regionun gələcəyi üçün də əhəmiyyətlidir. İdlibə hücum fəlakətlə nəticələnəcək. Terrorçularla mübarizədə zaman və səbrə söykənən üsullara ehtiyac var. İdlib üçün məqbul çıxış yolu tapmalıyıq.” – deyə, Ərdoğan bildirib. 

Ərdoğan onu da vurğulayıb ki, hazırda Fərat çayının şərqində arzuolunmaz proseslər yaşanır və ABŞ bölgədə başqa bir terror qruplaşmasını gücləndirir. Odur ki, “Türkiyə bölgədəki iştirakını qorumaqda qərarlıdır. Suriya rejiminin də göz yumması ilə terror təşkilatı (YPG/PYD) buradakı mövcudluğunu davamlı etməyə çalışır. Lakin bu vəziyyət eyni zamanda Suriyanın ərazi bütövlüyünə də təhlükə yaradır.”

Lakin İran prezidenti Həsən Ruhani isə bildirib ki, Suriya böhranının başa çatması üçün Suriyanın ərazi bütövlüyünə hörmət edilməli, xüsusən də, İdlibdə terrorla mübarizə davam etdirilməli və ABŞ-ın Suriyadakı iştirakına son qoyulmalıdır. 

Bu mənada, Rusiya prezidenti Vladimir Putin də iranlı həmkarı ilə eyni mövqeni bölüşüb. Bildirib ki, Suriyadakı beynəlxalq terorizm demək olar ki, tam məhv edilib və ölkə ərazisinin əksər hissəsi rəsmi Dəməşqin nəzarətinə keçib. Lakin qalan terrorçular əsasən İdlib təhlükəsizlik zonasında sığınıblar və müxtəlif təxribatlar hazırlayırlar ki, onların sırasında kimyəvi silahdan istifadə də var. 



Qed edək ki, Bəşər Əsəd hökumətinin qüvvələri Suriyanın şimal-qərb ucunda yerləşən və Astana prosesində müəyyənləşdirilən Suriyadakı 4 təhlükəsizlik zonasından biri olan İdlib bölgəsinə hücuma hazırlaşır. Artıq Rusiya da İdlibə havadan zərbələr endirməyə başlayıb. Lakin suriyalı silahlı müxalifətin son dayaq nöqtəsi olan İdlibə total hücum əməliyyatlarının başlamamasının başlıca səbəblərindən biri Türkiyənin buna qarşı çıxmasıdır. Belə ki, Əsəd Rusiya və İranın köməyi ilə ölkədəki digər təhlükəsizlik zonalarında terrorçular və silahlı müxalifətə qarşı uğurlu əməliyyat apararaq onlara nəzarəti ələ keçirib və Suriyanın böyük bir hissəsi üzərində Dəməşqin yurisdiksiyası bərpa edilib. Tehran sammitindən sonra İdlibə hücumun təxirə salınıb-salınmayacağına dair qərar veriləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam