Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

NETANYAHU PUTİNLƏ NÖVBƏTİ GÖRÜŞƏ HAZIRLAŞIR–İsrailin hərbi hərəkətləri məhdudlaşdırılıb -TƏHLİL

Viktor Kabrera

“The Media Line” (İsrail)

 

İran Livan “Hizbullah”ına GPS komponentləri təhvil verib ki, bu da həmin qrupa həssas idarəedici raketlər düzəltməyə imkan verəcək, beləliklə, İsrail üçün təhlükə artacaq. Qərb kəşfiyyat xidmətlərinin fikrincə, İsrailin hava hücumlarından yayınmaq məqsədi ilə Tehran Beyrutdakı silahlı birləşməyə birbaşa silah-sursat göndərərək öz strategiyasını dəyişdirib.

Yenixeber.org: İsrail ordusu son iki il ərzində Suriyada silah təchizatına mane olmaq üçün yüzlərlə hava hücumu həyata keçirib.

Rusiya radar və kommunikasiya texnologiyalarını, o cümlədən üç “S-300 PM-2” raket batareyasını Suriyaya göndərərək Əsəd rejiminə hərbi dəstəyini artırıb.

Bu addım Suriya qüvvələri tərəfindən Rusiya kəşfiyyat təyyarəsinin səhvən vurulmasından sonra atılıb. Kreml bu işdə Latakiyada İran hərbi qurğusuna qarşı hava əməliyyatı keçirən İsraili günahlandırıb.

Təl-Əviv Universitetində İran Araşdırmaları Mərkəzinin Direktoru Meir Litvak deyib: “Rusiyanın Suriyaya qabaqcıl hava hücumundan müdafiə sistemləri çatdırması İranı “Hizbullah”a göndərilən silahların həcmini çoxaltmağa təşviq edib. İsrail “S-300PM-2”nin yaratdığı hərbi təhlükə ilə məşğul olsa da, problem bundadır ki, hökumət rusların necə fəaliyyət göstərəcəyini bilmir. İsrail təyyarələri havaya qalxdıqda, onlar suriyalıları xəbərdar edəcəkmi? Məsələ aydın deyil, İsrailin hərəkətləri məhdudlaşdırılır, ya yox?”

Buna baxmayaraq, Təl-Əviv dəfələrlə Tehranın Suriyada daimi hərbi birlik yaratması və “Hizbullah”ı silahla təchiz etməsinə maneə törətmək üçün sərhəd tanımayan missiyaları davam etdirəcəyinə söz verib.

“”Hizbullah” raketlərinin əksəriyyəti kifayət qədər dəqiq deyil və bu, onları İsrail üçün potensial təhlükəyə çevirir, – Litvak əlavə edib. – Əgər “Hizbullah” bu raketlərin konstruksiyasında düzəlişə müvəffəq olsa, yeni vəziyyət İsrail hava limanları, elektrik stansiyaları, Dimona nüvə reaktoru və s. üçün daha böyük təhlükə törədəcək”.

Baş nazir Binyamin Netanyahu ötən ay BMT Baş Assambleyasındakı çıxışında Livan paytaxtında üç sahənin peyk görüntülərini ortaya qoyub. Həmin fotolarda “Hizbullah”ın yeraltı mərmi istehsal qurğuları əks olunub.

Analitiklərin fikrincə, hazırlanan silahlar hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir və İsrailin demək olar ki, istənilən guşəsinə çata bilər.

“Hizbullah” sayı 100 mini aşan raket arsenalına malikdir, onların çoxu hücumlardan qorumaq üçün yaşayış məskənlərində yerləşdirilib.

Qüds Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Conatan Spayer deyib: “Suriyada Rusiya mövcudluğunun artması və Livandan gələn təhlükələr diplomatik baxımdan əhəmiyyətli səviyyədə təhlükə olduğunu göstərir. İranın Suriyadakı gücünü birləşdirməsi İsrailin bölgədəki bir nömrəli prioritetinə çevrilir”.

Baş nazir Netanyahunun yaxın gələcəkdə Rusiyanın yeni prezidenti Vladimir Putinlə görüşməsi nəzərdə tutulur.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam