Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Arif Quliyev - polisin reydinə düşdü

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Yenixeber.org: Mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının paytaxt küçələrində apardığı reyd zamanı Xalq artisti Arif Quliyevin qadağanı pozduğu müəyyən edilib.

Arif Quliyev qoruyucu tibbi maskadan istifadə etsə də, yanındakı 70 yaşlı şəxsdə heç birindən olmayıb. Bunu görən polis əməkdaşı həmin şəxsə dərhal qoruyucu maska verib, onların əlinə spirt vurub.

A.Quliyev polislə söhbətində yaşlı şəxslərin çölə çıxmasının düzgün olmadığını deyib: “Dövlətin yaşlı tənha insanların evdən çıxmaması ilə bağlı verdiyi qərar həm bizə dəstək, həm də sağlamlığımız üçün yaxşı addımdır.Asayişi qoruyan polis işçilərimizə xüsusi təşəkkürümü bildirirəm”. 

Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, yaşadığı ünvana göndərilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam