Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda mədəniyyət festivalı keçiriləcək

Bakıda mədəniyyət festivalı keçiriləcək

 

Avqustun 23-də “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “Global Village” mədəniyyət festivalı keçiriləcək.

 

Yenixeber.org “AIESEC”in “facebook” səhifəsi xəbər verir ki, “Global Village” mədəniyyət festivalında “AIESEC” Azərbaycan tərəfindən dünyanın 30-dan çox ölkəsindən Azərbaycana Global Volunteer proqramı ilə dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda “AIESEC”-Azərbaycan tərəfindən təşkil olunmuş müxtəlif layihələrdə çalışırlar.

 

Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi və adət-ənənələrindən zövq ala bilər. Çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə etmək olar.

 

Qeyd edək ki, “Global Village” “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng mədəniyyət festivalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam