Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda ilk dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək

Bakıda ilk dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək

 

Yenixeber.org: Bu il oktyabrın 12-20-də Bakıda “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində müxtəlif musiqilər səsləndiriləcək, müzakirələr və debatlar təşkil olunacaq, film nümayişləri, foto və video müsabiqələri, sərgilər və digər tədbirlər keçiriləcək. Həmçinin Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və fotosərginin keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində azərbaycanlı rejissor-dokumentalistlərin filmləri nümayiş və müzakirə olunacaq.

“IMAGINE” Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

“IMAGINE” Avropa Tolerantlıq Festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “Park Cinema”, “Landmark Hotel”, “DocuBaku”, “United Cultures”, Baku Media Centre, “YARAT” ilə birgə əməkdaşlıq çərçivəsində və “Turkish Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunacaq.

Qeyd edək ki, Avropa Tolerantlıq Festivalı Bakıda Avropa İttifaqının əsasını qoyan Roma sazişinin imzalanmasının 60 illiyi münasibətilə keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam