Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Bayrağı” beynəlxalq intellektual festivalı keçiriləcək...Praqada “

Azərbaycan Bayrağı” beynəlxalq intellektual festivalı keçiriləcək...

 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Atəşgah” İntellektual Oyunlar Klubu Azərbaycan Respublikasının Bayraq gününə həsr edilmiş beynəlxalq intellektual festival keçirəcək

 

Yenixeber.org: Festival Azərbaycan İntellektual Oyunlar Federasiyasının və Avropanın İntellektual Klublar Birliyinin rəhbərliyi  2017-ci ilin  noyabrın 11-12-də Çexiyanın paytaxtı Praqada təşkil olunacaq.

Festival çərçivəsində “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” oyunları, həmçinin “QuAZ” intellektual-əyləncə oyunu üzrə turnirlər keçiriləcək. 

Festivalın təşkilat komitəsinin sədri İlkin Yetirmişlinin sözlərinə görə, tədbirlərin keçirilməsinin əsas məqsədi ağıl oyunları vasitəsilə xarici intellektualları Azərbaycan xalqının mədəni və tarixi irsi ilə tanış etməkdir. 

Redaktor qrupuna: Aleksandr Kudryavtsev (Nikolayev), Aleksandr Korobeynikov (Saratov), Maksim Merzlyakov (Voronej), Serafim Şibanov, Yevgeni Kalyukov (Moskva) və Dmitri Başuk (Xarkov) daxildir. 

“Azərbaycan bayrağı - 2017” – Azərbaycana həsr olunmuş sayca altıncı beynəlxalq intellektual festivaldır. Daha öncə festival Riqa, Sankt-Peterburq, Minsk, Vilnüs, Kalininqrad və Kiyevdə keçirilib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam