Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Möcüzə” yağlarının dəstəyi ilə II Beynəlxalq Dolma Festivalı keçirilib

“Möcüzə” yağlarının dəstəyi ilə II Beynəlxalq Dolma Festivalı keçirilib

 

Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq Dolma Festivalı keçirilib.

 

Yenixeber.org: 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirak etdiyi tədbirdə müxtəlif çeşiddə bişirilən 350-yə yaxın növdə dolma sərgilənib. Ölkəmizin tarixinin, mədəniyyətinin və kulinariyasının təbliği məqsədi ilə mütəmadi olaraq təşkil edilən tədbirlərdə və reallaşdırılan layihələrdə yaxından iştirak edən “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb.

 

Hər zaman kulinarlarımızın yanında olan və keyfiyyətli məhsulları ilə onların uğurlu nəticə əldə etməsinə öz töhfəsini verən və  istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Möcüzə” yağları bu dəfə də milli kulinariyamızın təbliğinə öz töhfəsini verib. Yüksək keyfiyyətli və təbii tərkibli kərə yağının ətrinin əlavə edilməsi ilə istehsal edilən “Möcüzə” yağları ilə hazırlanan yeməklər daha dadlı və nəfis ətirli alınır.

 

Dövlət rəsmilərinin, Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin və ictimai xadimlərin qatıldığı festivalda “Azərsun Holdinq”ə məxsus Qafqaz Konserv Zavodu da iştirak edərək istehsal olunan məhsulları nümayiş etdirib. Tədbirin sonunda münsiflər bişirilən dolmaların dadına baxaraq qalibləri müəyyən ediblər, tədbir konsert proqramı ilə yekunlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam