Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Nar” gənclərin daha bir təşəbbüsünə dəstək oldu

 

 

Mobil operatorun dəstəyi ilə AIESEC təşkilatı tərəfndən “Mədəniyyətlər festivalı” keçirildi

 

Xeberinfo.com:  29 iyun 2016-cı il tarixdə “Nar” operatorunun dəstəyi ilə “Mədəniyyətlər festivalı” tədbiri keçirildi. “Global Village AIESEC Azerbaijan” Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən başlayaraq hər il keçirilən bu rəngarəng və maraqlı mədəniyyət festivalında dünyanın 14 ölkəsindən gəlmiş nümayəndələr dostluq abu-havası yaratmaq və öz mədəniyyətlərini təqdim etmək üçün bir yerə toplaşdılar. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti və adət-ənənələrindən zövq aldılar.

 

Tədbirdə “AIESEC Azerbaijan” tərəfindən dünyanın müxtəlif ölkələrindən Azərbaycana dəvət olunan və “Need of Clean”, "Talk out Loud", "Beyond the Limits", “World for Kids” kimi layihələrin iştirakçıları olan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini müxtəlif suvenir, mahnı və rəqs nömrələri ilə təqdim etdilər.

 

Hər zaman gənclərin müxtəlif ideya və təşəbbüslərini alqışlayan “Nar” operatorunun dəstək verdiyi tədbir qonaqlar və iştirakçıların ürəyincə oldu. Mobil operatorun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası və “AIESEC Azerbaijan” ilə tərəfdaşlığı çərçivəsində həyata keçən layihə biri-birindən maraqlı və rəngarəng anlarla yadda qaldı.

 

 

“Nar” operatorunun digər sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində almaq olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam