Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

       Qeydsiz-şərtsiz:ölüm hökmü...

                      

 

 (80 yaşlı Musa kişi: Sərhəd qoşunlarından başlamaq lazımdır, xeyr, İmişlidən... Nağaraçalan Əli kişi: Xeyr,  Mədəniyyət Nazirliyindən... Gəncəli molla Telman: Əşi, Parlamentdən də ola bilər. İclas gedə-gedə düz gözünün içinə baxırlar).

Yenixeber.org: Araşdırma materiallarına görə – dünyada hüquq-mühafizə orqanları tərəfindən min üç yüz nəfər korrupsiyada və ya çirkli pulların yuyulmasında ittiham edilərək, güllələnməyə məhkum edilib. 168 nəfər korrupsioner isə sıravi adamlar tərəfindən güllələnib. Müsəlman ölkələrində ötən iki il ərzində 645 nəfərin qolları, əlləri kəsilib və bundan sonra həbsə atılıb. İki deputatın dilinə dağ basılıb.Yenə ötən il 85 general həbs olunub, korrupsiyada və küllü miqdarda rüşvət almaqda ittiham olunaraq edam olunub. 36 nəfər parlament üzvü qanunvericilikdən uzaqlaşdırılıb. Azərbaycana gəlincə Ağstafada İHB-sı rüşvəti həmişə özünə halal bilib. RİB-sı rüşvəti otaqdakı portretlərin, dövlət bayrağının lap altında alırmış.

Yenə araşdırma zamanı məlum oldu ki, (İsfahanda yerləşən erməni icmasının mətbuatına görə) Azərbaycanın sərhədçiləri həm narkotik daşıyıcılarına, qadın və silah alverçilərinə yardım edir. Biləsuvarın İHB-sı rüşvəti alarkən deyirmiş: “Bundan bir manat qalırsa, boğazım deşilsin...” (?).

 Respublikanın Sabirabad, Qazax, Şəmkir, Gəncə, Ağcabədi, Masallı, Cəlilabad, Astara, Lənkəran... ərazilərində sorğularımızı başa vurduq.

Nəticələr sevindirici deyil... Yalan, saxtalarlıq... ölkə başçısını aldatmalar bizi çox düşündürdü.

Məxfi qaydada apardığımız sorğuların nəticələrinə baxaq: Məsələn, Sabirabad rayonu üzrə; korrupsiyanın əmsalı 83 faizdir.

Təhsildə bu rəqəm 68, səhiyyə 72 faizi keçir. Bank sistemində, kreditlərin verilməsində 56 faizdir...

Başqa bir fakt; Masallı rayon camaatı rayon İH-nə gəlməyə qorxurlar. İçəri girən kimi İH-nin işçiləri adamların cibinə baxır...

İslahatlara gəlincə rayonlarda anlamırlar islahat nədir. Ancaq gözləyirlər ki, kimisə tutsunlar... Hərbi komissarlıqlarda daha eybəcər faktlara rast gəldik. Görünür bu ciddi dövləti məsələ yaddan çıxıb, cənablar. (Toplanılmış faktlar əvvəlki qaydalarla ölkə başçısına tədbir görülmək üçün təqdim olunacaq).  

“Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifəsindən sui-istifadə edərək zənginləşmiş, harınlanmış insanlar və onların övladları eyş-işrət içindədirlər, o biri tərəfdən çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyət çəkirlər”.

Bu sözlər ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Lakin korrupsiya davam edir. Azərbaycanın bütün qütblərində korrupsiya davam edir. (Əlavə bir korrupsiya rolu da peyda oldu: bu da narko-korrupsiyadır. Cəlilabad rayonunda görünüb). Fikrimcə korrupsiyanın bir başı ölkə parlamentindədir, bir başı da onu törədəndədir.

Bu üçlük nə qədər sınmayıbsa, o davam edəcək. Məsələn neft ölkəsi olan Nigeriyadakı kimi...

(Unutmayın ki, koronaviruslu parlamentdə də tutulanlar olacaq).

Artıq onlarla şəxsə cinayət içi açılıb. İstintaq gedir.

Amma məni bir məsələ düşündürür: Necə ola bilər ki, başının üstündə ölkə başçısının şəkili asılsın, sən də o şəklin altında həyasızlıq edib, rüşvət yığasan... Çində belə şəkillərin altında yazılır: Mən görürəm. Yəni sənin aldığını da görürəm, verdiyini də... Başqa bir şəklin altında isə yazılır: Aldığın rüşvət haramın olsun.

Müxtəlif ictimai-siyasi informasiyaların tarixindən məlumdur ki, hər hansı bir dövləti çökdürmək, onun dövlətçilik ənənələrini sarsıtmaq və yer üzündən silmək istəyilə, onu parçalayıb, məhv etmək mümkündür. “Bütün bu proseslərdə korrupsiya və rüşvət əsas faktorlardan biridir, bəlkə də birincisidir...” (U.Çörçell)

Araşdırmalar göstərir ki, ədalətsiz sosial-siyasi işlərin, separatizmin və terrorizmin... əsas sütunlarından biri birbaşa korrupsiyaya bağlanır. Səbəb: ictimai-siyasi quruluşlardakı qeyri-bərabər gəlir bölgüsü, sərvət hərisliyidir.

Dövlət idarəçiliyində korrupsiya elementlərinin mövcudluğu hansısa sosial-siyasi amilin düzgün icra olunmadığına işarədir.

Rüşvət və korrupsiya dövlətçilik prinsiplərini məhv etmək təhlükəsi yarada bilər. Tarixə nəzər salaq. Məsələn, araşdırma materiallarına görə rüşvətə, haram yolla yığılan sərvətə qarşı Azərbaycanda ilk fərman Şah İsmayılın hakimiyyəti dövrünə təsadüf edir. Bu fakta görə iddia etmək mümkündür ki, Azərbaycan da rüşvətə, haram yolla yığılan sərvətə qarşı mübarizə, yəni antikorrupsiya elementlərinə qarşı mübarizə aparan ilk dövlətlər sırasındadır. Məlumata görə Vatikan arxivlərində Şah İsmayıl dövrü ilə bağlı 24 rəsmi sənəd var. Həmin sənədlər arasında Şah İsmayılın Vatikan Dövlətinin başçısı II Yuli arasındakı “Dövlətlərin bir-birinə yardımı” bağlaşması (1503-cü il) maraq doğurmaya bilmir. Şah İsmayıl Azərbaycan dövlətçiliyini qorumaq üçün Vatikan Dövlətinə “rüşvətə və haram tikə toplayanlara” qarşı mübarizə üsullarını öyrənmək məqsədilə dörd nəfər alim göndərmişdir.

 

Məsələn Dövlət Gömrük Komitəsi sabiq sədr Aydın Əliyevin vaxtında məmurlar iki siyahı ilə işləyirmişlər – biri qanuni növbədə dayanan vicdanlı adamların, digəri rüşvət verərək işlərini təcili həll etmək istəyənlərin siyahısı. Biləsuvarda iki dövlət məmuru rüşvət alaraq bəzi şəxslərin subsidiya ilə ev almasına şəhadətnamə verdikləri və növbə siyahısında onlara haqları olmadıqları üstünlüyü verdikləri üçün ittiham ediliblər. Bu da maraqlı məsələdir.

Azərbaycanın daşınmaz əmlak bazarına nəzər salaq, xarici mətbuatın yazdığına görə o bazardan 2019-cu ildə 36 milyard dollar oğurlanıb) Yerli hökumət şurası (əgər varsa) sahibkarlıq hüququnu özündə saxlayır, lakin inzibalti idarə başçısı özəl sektora nə qədər daşınmaz əmlak çıxaracağı məsələsində sərbəstdir. Daşınmaz əmlak bölgüsü kommersiya prinsiplərinə əsaslanmır. Beləliklə, “işğalçılara” şərait yaradılır və icarə haqları bazar qiymətindən çox aşağı olur. Federal tələbatların qeyri-müəyyənliyi və qeyri-davamlılığı öz yerini yerli məmurların korrupsiya ilə məşğul olmasına və mənimsəmə imkanları əldə etmək üçün çalışmalarına səbəb yaradır.

Uyğunsuz, yararsız iştutanlar daha çox rüşvət verməyə meyilli olurlar, çünki onların bu “xidməti” əldə etmək üçün qanuni yolları yoxdur.

Zahirən Azərbaycan gömrüyündə rüşvət yoxdur. Amma təhlillər göstərir ki, rüşvət ölkəyə gömrüklə girir.

Bizdə korrupsiya və rüşvətə qarşı mübarizə modeli hələlik yoxdur. Təəssüf ki, biz bu mübarizədə özümüzü təbliğ edə bilmirik.

Məsələn, ölkənin hüqiq-mühafizə orqanlarında, məsələn, Prokurorluq və Ədliyyə sistemində, Daxili İşlər Nazirliyinin qurumlarında son illər aparılan islahatları inkar etmək ədalətsizlikdir. Lakin bəzi rayonların polis idarələrində biri-birindən dumanlı “rüşvət ləzzəti” verən işlərin şahidi olduq. Məsələn Səbail rayon Polis İdarəsində bu istiqamətdə baş verən dumanlı işlər DİN tərəfindən xüsusi komissiya tələb edir...

Biz bütün bunlara aydınlıq gətirəcəyik... 

Məsələn “Asan” xidmətdə bir işə görə üç qiymət oxunur; beş günə 20 manar, 10 günə 25 manat, 1 günə 30-40 manat. Bütün bu gedişlər rüşvətə giriş qapısı deyilmi?.. Bir qiymət olsa, dünya dağılar? Axı bu mümkündür.

Təhlillərimizə görə, kök atmış korrupsiya daha dərinə işləyərsə, hətta dövlət islahatını dayandıra bilər. Rüşvətdən faydalanan firma həmişə qanun və qaydaların gücünü artırmaq cəhdlərinin qarşısını almağa çalışacaq. Onların dövlət aparatı daxilindəkli müttəfiqləri də iqtisadiyyatı daha açıq və rəqabətli edən islahatlara qarşı çıxacaq. Qısaca, rüşvət dövlət məmurlarına şirnikləndirici ödəmələr kimi təsnifatlansa da, buna münasibətdə dözümlülük siyasəti uzunmüddətli islahatları təhlükə altında qoya bilər. O, həmçinin vətəndaşlarda hökumətin legitimliyini şübhə altına almağa cəhd edəcək.

Biz bunu İmişlidə gördük. İmişli RİH-də hələ başa düşmürlər ki, nə baş verib. Orada hələ də korrupsiya əmsalı 82 faizdən aşağı deyil.

Eləcə də ölkənin Sabirabad, Şirvan, Saatlı (onun İB-nı bizim çıxışdan sonra işdən uzaqlaşdırdılar). Cəlilabad, Masallı regionların İHB-nın elektron poçtlarına göndərdiyimiz sorğu nəticələri açıq qalıb... Hərdən düşünürəm görəsən “Ölüm hökmü” qayıda bilərmi?..

Dövlət Avtomobil Müfəttişliyinin xüsusən Gəncə, Şəmkir, Qazax regionlarında araşdırmalarımıza görə vəziyyət dözülməzdir. “QAİ” işçilərinin (əgər belə deyə bilsək) rüşvətə qurşanmaları, əsl mənada meydan sulamaları bizdə məəttəlçilik yaratdı.

Canım, Sizin gözəl, savadlı, yüksək əxlaqa, mənəvi keyfiyyətlərə malik, dövlətçilik ənənələrinə bağlı olan naziriniz var.

Rüşvət alıb, aldatmaq, ona yalan satmaq... abırızlıq deyilmi?..

Bütün bu istiqamətlərdə araşdırmalarımız davam edir... Məxfi qaydada rayonlarda sorğularımızı keçiririk. Korrupsiya dalğasında bu dəfə polisləri, prokurorları, məhkəmələri görəndə çaşmayın...

Rövşən Növruzoğlu: Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq, Azərbaycan Respublikası İctimai Nəzarət Üzrə Ekspertlər Şurasının sədri, professor


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam