Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Mikayıl Cabbarov:"İdarəetmədə iştirak edəcək kadrlara olan tələblər daha yüksəkdir"

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edir.

Yenixeber.org:“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb.

Nazir dəvətində bildirib ki, “Yüksəliş” müsabiqəsi hər kəsə öz bacarığı, intellekti ilə inkişaf etmək, yüksəlmək imkanı verir: “Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısına ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi qoyulur. Lakin yaşından, ixtisasından, işləməsindən asılı olmayaraq, hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. İdarəetmədə iştirak edəcək kadrlara olan tələblər isə daha yüksəkdir. Onlardan yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı, sosial məsuliyyətlik, innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur. Gələcək idarəçilər vaxtında və doğru qərar qəbul etməyi, işi düzgün bölüşdürməyi, komandada işləməyi bacarmalıdır. “Yüksəliş” müsabiqəsində məhz bu keyfiyyətlərə malik olanlar qalib gələcəklər. Lakin təkcə qaliblər deyil, müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq, finalçılar isə ölkənin tanınmış idarəçi rəhbərlərinin mentorluq proqramına cəlb olunacaqlar”.

M.Cabbarov vurğulayıb ki, müsabiqənin hər mərhələsi iştirakçılara yeni imkanlar yaradacaq: “Yüksəliş ilkin seçim mərhələsindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq. Qaliblərə təqdim ediləcək qrant onların fərdi inkişaf yolunda yeni başlanğıc olacaq. Bir sözlə, istedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılmaqla həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra biləcək. Yüksəlişə qoşulun, yüksəliş sizinlə başlasın”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam