Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Energetika naziri 2018-ci ilin ilk AHK-İmpuls tədbirində iştirak edib

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün ənənəvi AHK-İmpuls tədbirini keçirib

 

Yenixeber.org: AHK-dan məlumat verilib.

Məlumata görə, 2018-ci ilin ilk AHK-İmpuls tədbiri enerji mövzusuna həsr olunub. Energetika naziri cənab Pərviz Şahbazov tədbirdə fəxri qonaq qismində iştirak edərək “Azərbaycanda enerjinin gələcəyi” adlı məruzə ilə çıxış edib. O, Azərbaycanın 1994-cü ildən etibarən həyata keçirdiyi enerji strategiyasına və onun nailiyyətlərinə diqqəti yönəldib, vurğulayıb ki, Azərbaycanın prioriteti hal-hazırda neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir.

Azərbaycanın elektroenergetika sektoru ilə bağlı siyasəti haqqında rəy bildirən cənab Şahbazov qeyd edib ki, elektroenergetika sahəsində yerinə yetirilməli olan vəzifələr sektorun müasirləşdirilməsi, səmərəliliyin və ekoloji tələblərin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, bu sahənin yerli və xarici investisiyalar üçün cəlbediciliyinin təmin olunmasıdır. Nazir öz çıxışını enerji sahəsində həyata keçirilən cari islahatlar barədə rəy ilə yekunlaşdırıb. O, "Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə energetika sektoru ilə bağlı müəyyən olunan islahat tədbirlərinin icrasının davam etdirildiyini və enerji bazarının liberallaşdırılması, elektrik enerjisinin istehsalı və istehlakı üçün rəqabətli mühitin yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayıb.

Nazir cənab Pərviz Şahbazovun çıxışından sonra tədbirdə Uniper Global Commodities SE şirkətinin Xəzər regionu üzrə baş vitse-prezidenti cənab Dr. Mixael Hilmer təqdimat ilə çıxış edib. Cənab Hilmer Uniper şirkətinin keçmiş və gələcək layihələri ilə bağlı və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə enerji səmərəliliyi üzrə yaradılan birgə müəssisə ilə 2016-cı ildən etibarən həyata keçirilən işlər haqqında iştirakçılara məlumat verib. O, şirkətin qurduğu əməkdaşlıqlar barədə nitqi ilə öz çıxışını yekunlaşdırıb və bu əməkdaşlıqların mövcud əlaqələri daha da gücləndirəcəyini və yeni biznes imkanları yaradacağını vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam