Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu keçirilir

 

 

Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu işə başlayıb

 

Yenixeber.org: Tədbiri AHK-nin Azərbaycan üzrə icraçı direktoru Tobias Baumann açıq elan edib.

Biznes-forumda iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadi Attaşesi Heike Möckel qeyd edib ki, Almaniya və Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar var. O vurğulayıb ki, tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

"AHK Azərbaycan"ın İdarə Heyətinin üzvü isə Malik Kərimov Azərbaycan və Almaniya arasında tibbi münasibətlərin tarixindən danışıb.

Biznes-forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Berlin biznes və texnologiya tərəfdaşı" GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Forum zamanı iştirakçılar yeni biznes imkanları əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.

Qeyd edək ki, Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, həyata keçirilən zəruri proqramlar, layihələr və qabaqcıl texnologiyaların tətbiqi, yeni kadr potensialının hazırlanması Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam