Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Pərviz Şahbazov: “Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları kifayət qədər realdır”

Pərviz Şahbazov: “Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları kifayət qədər realdır”

 

“Düşünürəm ki, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları kifayət qədər realdır”

      Yenixeber.org: Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov AZƏRTAC-a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulması ilə bağlı danışıqlar artıq uzun müddətdir gedir, bununla bağlı xüsusi formatlar var. “Bu formatdan biri də Avropa İttifaqının Türkiyə, Azərbaycan və Türkmənistanla birgə apardığı bir sıra danışıqlardır. Bilirsiniz ki, Cənub Qaz Dəhlizinin tikintisi uğurla davam edir, hətta qrafiki qabaqlayır. Artıq layihə yekun fazasına daxil olur. Son zamanlar Türkmənistanın da bu layihəyə marağı artıb. Bir müddət əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevin iştirakını bu marağın göstəricisi saymaq olar. Onun tədbirdəki çıxışında da layihəyə maraq əyani şəkildə göründü. Bu, çox müsbət haldır”,-energetika naziri qeyd edib.

P. Şahbazov bildirib ki, həm Azərbaycan, həm Türkmənistan qonşu dövlətlər olaraq enerji sahəsində bir sıra fəaliyyət həyata keçirən dövlətlərdir. Nazir xatırladıb ki, hazırda Azərbaycan və Türkmənistan uğurlu əməkdaşlıq edir: “Məsələn, türkmən nefti Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac boru kəməri ilə Avropaya nəql olunur. Bir sıra maraqlı layihələrimiz də var”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam