Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Beynəlxalq Enerji Xartiyasına qoşulur

 

 

Azərbaycan Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulmaq haqqında məktub təqdim edib

 

Yenixeber.org: Məktubu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "Enerji səmərəliliyi haqqında" qanun layihəsi üzrə yüksək səviyyəli dəyirmi masada Enerji Xartiyasının baş katibi Urban Rusnaka təqdim edib.

"Azərbaycanla Avropa Enerji Xartiyası arasında Xartiyaya qoşulmaqla bağlı 1994-cü ildə saziş imzalanıb. Bu saziş 1998-ci ildə qüvvəyə minib. 2015-ci il mayın 21-də Haaqa şəhərində Avropa Enerji Xartiyası Beynəlxalq Enerji Xartiyasi statusunu alıb. Beynəlxalq Enerji Xartiyası ilə bir sıra məsələlərdə yaxından əməkdaşlıq etmək istəyirik.Bu gün də Azərbaycanın Beynəlxalq Enerji Xartiyasına qoşulması haqqında məktubu təqdim etdik", - deyə o, qeyd edib. 

Bununla Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 87-ci üzvü olur.

Nazir enerji səmərəliliyi haqqında qanun layihəsindən danışaraq bildirib ki, Avropa İttifaqının 2016-cı ildə yaradılmış yeni "EU4Energy" proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyası tərəfindən "enerji resurslarından səmərəli istifadə və enerji effektliyi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanması prosesi yekunlaşıb. Onun sözlərinə görə, nazirlərarası işçi qrupunun müzakirəsinə çıxarılan qanun layihəsi beynəlxalq standartlar, xarici təcrübə nəzərə alınmaqla hazırlanıb: "Yeni qanun layihəsi enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə "kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacaq".

Enerji Xartiyasının Baş katibi Azərbaycanın xartiyaya qoşulmasını yüksək qiymətləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam