Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Pərviz Şahbazov İranda səfərdə olub

Energetika naziri İranda səfərdə olub
Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində energetika naziri Tehranda keçirilən 23-cü Beynəlxalq Neft-Qaz, Neftayırma və Neft-Kimya sərgisində iştirak edib və bir sıra görüşlər keçirib.

İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşdə iki ölkə arasında neft-qaz sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, eləcə də 2018-ci il martın 28-də imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər müzakirə edilib. Bildirilib ki, İran Milli Neft Şirkəti (NİOC) “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri layihələrində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq Xəzər dənizində müvafiq blokların işlənməsi ilə yeni mərhələyə daxil olacaq.

Görüşdən sonra P.Şahbazov və nümayəndə heyəti sərgi ilə tanış olub və SOCAR-ın sərgidəki pavilyonuna baş çəkib.

Energetika naziri İranın energetika naziri Reza Ardakanian ilə də görüşüb. Söhbət zamanı iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alıq-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib. Görüşdə həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”in icrası məqsədilə yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası keçirilib. İclasda bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib, növbəti tədbirlər müəyyənləşdirilib.

Energetika naziri həmçinin İranın Turbin Mühəndisliyi və İstehsalat Şirkətinə (MAPNA) baş çəkib, şirkətin fəaliyyəti ilə tanış olub. Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam