Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

RƏQABƏT QABİLİYYƏTLİ STRUKTURLAR


Azərbaycan iqtisadiyyatı hazırda özünün tədrici inkişaf və yeni şəraitə uyğun stabilləşmə dövrünü yaşayır.

 

Xeberinfo.com:  İqtisadiyyatın sabit inkişaf mərhələsinə keçidinin sürətli tempi rəqabət mühitinin yaradılması amilindən asılıdır. Bir sıra obyektiv və subyektiv səbələrdən ölkə iqtisadiyyatı indiki zamanda zəruri ərzaq və sənaye məhsulları ilə əhalini tam təmin edə bilmir, idxaldan asılılıq faktoru özünü göstərir, xarici malların Azərbaycan bazarına axını davam edir...Təsəvvür edin : mağaza rəflərindən xarici malları götürürük,bu halda ərzaq məhsulları rəflərinin 65-70%-i,sənaye məhsulları rəflərinin isə 90-95 %-i boş qalır...Azərbaycan sovet dönəmində istehsal etdiyi malları belə bu gün idxal edir. Eyni zamanda keyfiyyətsiz mallar məsələsi də ən ciddi problemlərdən biridir. Bu qəbildən olan digər prosseslərin daha da dərinləşməsinin qarşısını almaq üçün ölkədə həyata keçirilməyi nəzərdə tutulan iqtisadi islahatları sürətləndirmək şərti ilə həm də iqtisadiyyatın rəqabət qabilliyyətli strukturunun formalaşdırılmasına da diqqət yetirilməlidir. Bunu nəzərə alaraq rəqabətə rəvac vermək məqsədi ilə aşağıdakı istiqamətlər üzrə tədbirlərin görülməsi vacibdir :
1.İqtisadi siyasət sahəsində : idxal siyasətindən ixrac siyasətinə keçilməsi üçün ölkə iqtisadiyyatının xammal, emal bazasının yaradılması...
2.İnhisarçı ticarətin və istehsalın aradan qaldırılması, onların vətəndaşların hüquqlarını məhdudlaşdıran fəaliyyətinə son qoyulması...
3.Sahibkarların bazara çıxmasının qarşısını alan hər cür maneələrin aradan qaldırılması...
4.İstehlakçıların hüquqlarını müdafiə edən qanunvericilik aktlarının tam təminatı...
5.Kiçik sahibkarlığa istər sənaye,istər ticarət sahəsində iri insiharçılar tərəfindən edilən qeyri-düzgün təzyiqlərin aradan qaldırılması...
6.İqtisadiyyatın rəqabətli sahibkarlıq sektorunun inkişafı üçün əməli dövlət dəstəyi, bürokrat məmurların sahibkarlara həqiqi köməkliyi...
7.Antiinhisar siyasəti sahəsindəki tələblərin maliyyə bazarına, o cümlədən bank sisteminə, sığorta və xidmət sahəsinə əməli şamil edilməsi...
     Bu tipli tədbirlər barədə daha da geniş danışmaq olar,lakin yazının lakonik olma tələbi buna imkan vermir, lakin qeyd olunanların həyata keçirilməsi belə ölkədə rəqabət mühitinin formalaşması və deməli həm də iqtisadiyyatın inkişafı və sabitləşməsi işinə xidmət etmiş olardı.
       Hüseyn Hüseynov,
    ( iqtisadi və ticari ekspert )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam