Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Azərbaycan iqtisadiyyatını asan olmayan günlər gözləyir"

vuqar-1

 

Azərbaycan iqtisadiyyatının növbəti dövrdə inkişaf tempi ölkədə həyata keçiriləcək uğurlu iqtisadi islahatlardan aslı olacaq.

Xeberinfo.com:   Bu fikri Gununsesi.info-ya açıqlamasında iqtisadçı alim Vüqar BayramovAzərbaycan prezidenti İlham Əliyevin iyulun 10-da Nazirlər Kabinetinin iclasında ölkədə həyata keçiriləcək dərin iqtisadi islahatlarla bağlı məruzəsini şərh edərkən deyib. Onun sözlərinə görə, islahatlar həyata keçirib iqtisadi şaxələnməyə nail olmadan nə ölkə iqtisadiyyatının neftdən olan asılılığını aradan qaldırmaq, nə də ki, iqtisadiyyatın dayanıqlılığını təmin etmək mümkün olacaq. “Ona görə də kompleks iqtsadi islahatlar həyata keçirilmədən iqtisadiyyatın inkişafın nail olmaq mümkün deyil. İlk olaraq kadr və struktur islahatları həyata keçirilməli, ölkədə biznes mühiti yaxşılaşdırlmalı, xarici kapitalın qorunması istiqamətində ciddi addımlar atılmalıdır. Artıq bununla bağlı hökumətə təkliflərimizi təqdim etmişik. 2016-ci ilin ikinci yarısnda iqtisadi islahatlar davam etməyəcəyi təqdirdə, Azərbaycan iqtisadiyyatını asan olmayan günlər gözləyir. Çünki Azərbaycan iqtisadiyyatı bu gün neftdən asılıdır və neftin də qiyməti aşağıdır. Neftin qiymətinin aşağı olması da istər-istəməz ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərəcək. Digər bir məqam isə Azərbaycanın əsas valyuta tərəfdaşları olan Rusiya və Avropa Birlyi məkanında iqtisadi böhranın davam etməsi ilə bağlıdır” – deyə, iqtisadçı alim vurğulayıb. V. Bayramov hesab edir ki, ölkə başçısının dediyi kimi, Azərbaycan neftin qiymətinin aşağı düşməsini bir imkan kimi dəyərləndirib, islahatlar həyata keçirib, iqtisadiyyatı şaxələndirib, qeyri-neft sektorunu inkişaf etdiməlidir. “Hesab edirəm ki, iqtisadi islahatlar 2016-cı ilin birinci yarısında olduğu kimi, ilin ikinci yarısında da daha geniş formada həyata keçirilməlidir və növbəti dövrdə də iqtisadi islahatlar hökumətin əsas prioriteti olaraq qalacaq. Və bu islahatların davam etdirilməsinə ehtiyac var. Əgər islahatlar davam edərsə, o zaman gözlənilən problemləri aradan qaldırmaq olar” – deyə, o, vurğulayıb. Ekspertin fikrincə, qeyri-neft sektorunda həyata keçirilən islahatların nəticəsini görmək üçün ən azı 3 il vaxt lazımdır. “Bundan əlavə olaraq orta və uzunmüddətli iqtisadi islahatlar strategiyaya uyğun formada həyata keçirlməli, kadr, struktur islahatları davam etdirilməli, xarici kapitalın qorunmasına nail olunmalıdır. Xarici kapitalın və mülkiyyət hüquqlarının gücləndirilməsi qeyri-neft sektorunun inkişafını təmin edən amillərdən biridir. Bununla yanaşı olaraq Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar prosesini aktivləşdirməlidir. Ancaq islahatlar yolu ilə ölkə iqtisadiyyatının gözlədiyi mənfi təsirlərdən xilas etmək olar”- deyə, V. Bayramov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam