Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Manatın ucuzlaşması ərzaq bazarına necə təsir etdi?

 

Fevral ayındakı devalivasiyadan sonra ölkədə ərzaq məhsullarının da qiymətində artım müşahidə olundu. Lakin statistikalara nəzər salarsaq, Azərbaycanın özünü 60-70 faiz ərzaqla təmin etdiyini görmüş olarıq. 
Bəs belə olduğu təqdirdə, manatın dollara nisbətdə ucuzlaşması, ölkədə ərzaq bazarında qiymətlərə nə üçün təsir etdi? Azərbaycan özünü hansı ərzaq məhsulu ilə təmin edir?
Xeberinfo.com:  Məlumata görə, məsələ ilə bağlı musavat.com-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb. O, bildirib ki, daxildə istehsal olunan bir çox məhsulların xammalı xaricdən gətirilir:“Ancaq rəsmi statistikalarda bu, yerli istehsal kimi göstərilir. Misal üçün, Azərbaycanda çay kollarının sayı çox azdır və bu məhsul bəlli bölgədə yetişir. Lakin ölkə bazarında Azərbaycan istehsalı kimi bir neçə adda çay satılır. Halbuki, burada sadəcə qablaşdırma həyata keçirilir. Bu, süd məhsullarına, şəkərə və  bir çox ərzaq məhsullarına da aiddir. Bu baxımdan Azərbaycanın özünü ərzaqla konkret olaraq hansı səviyyədə təmin etməsini söyləmək çətindir. Rəsmi rəqəmlərə görə, ötən illərlə müqayisədə Azərbaycanın özünü ərzaqla təmin etməsində ciddi irəliləyiş yoxdur. Görünən budur ki, yumurta, toyuq əti, meyvə-tərəvəz də daxil olmaqla, ötən illə müqayisədə demək olar ki, eyni həcmdə xaricdən ərzaq məhsulları almışıq. Deməli hələ də bu sahədə ciddi dəyişiklik yoxdur”.
Ekspert ölkənin özünü ərzaqla təmin edə bilməməsinin və bazarlarda qiymətlərin baha olmasının da səbəblərini açıqlayıb: “Səbəblər çoxdur. Ancaq təbii ki, əsas səbəb ölkədə inhisarçılıq və korrupsiya kimi faktların olmasıdır. Bu iki məsələ  Azərbaycanda bir çox sahələrə, o cümlədən ərzaq məhsulları bazarına da ciddi təsir edir. Əsasən də idxal mallarının böyük əksəriyyətində inhisarçılıq hiss olunur. Bazara nəzarətin bir və ya bir neçə mərkəzdən həyata keçirilməsi halları açıq şəkildə görünür. Gətirilən məhsullar maya dəyərinin nə qədər olmasından asılı olmayaraq, bazarda sövdələşmiş qiymətlərlə satılır. Misal üçün Yeni Zenlandiya və ya Avstraliya yağı, Gürcüstanda bizim pulla təxminən 4 manatdan bir neçə qəpik bahadır. Azərbaycanda  isə 7-8 manat civarındadır. Bu isə o deməkdir ki, məsafə olaraq demək olar, Gürcüstanla Azərbaycan eynidir. Ancaq qiymət iki dəfə bahadır. Səbəb də qeyd etdiyim kimi əsassən inhisarçılıq və korrupsiyadır. Bu iki halın özünü büruzə verməsi, qiymətlərə də birbaşa təsir edir. Daha sonra hökumətin istehsalla məşğul olan şəxslərə ciddi dəstək göstərməməsi də əsas amilllərdəndir. Söhbət uzunmüddətli faizli kreditlərdən, bazarlara çıxışda köməklikdən gedir ki, bunların heç biri Azərbaycanda yoxdur. Bütün bunlar ölkənin ərzaq bazarındakı vəziyyəti acınacaqlı hala gətirir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam