Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Eyyub Hüseynovu ölümlə hədələdilər

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovu ölümlə hədələyiblər.

"Xeberinfo.com":  Məlumata görə, bunu virtualaz.org saytına açıqlamasında Eyyub Hüseynov özü bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata fevralın 11-də bir şikayət daxil olub: “Şikayət edən şəxsin qolu və başı sarıqlı idi. Sarğının üzərində hətta qan izləri də vardı. Bu şəxs Sabirabad rayonunun Nizami kənd sakini Cəbrayılov Vilayət Oruc oğludur”.
E.Hüseynov dedi ki, V.Cəbrayılovun şikayət ərizəsində Nizami kənd orta məktəbində çalışan iki müəllimin saxta diplom almasından bəhs edilirdi: “Ərizədə göstərilən faktlarla bağlı həmin kəndin digər sakinlərinin münasibətini öyrəndim. Arif Həsənov adlı sakin müəllimin saxta diplomla işləməsi barədə kənd əhalisinin məlumatlı olduğunu bildirdi. Bundan sonra ərizələri Nazirlər Kabinetinə ünvanladım”.
E.Hüseynov qeyd etdi ki, şikayət ərizəsi ilə bağlı ona istinadən fevralın 12-də virtualaz.org saytında məlumat yerləşdirilib: “Fevralın 25-dən zəng vuraraq məni təhqir və təhdid edirlər. Hətta Bakıya gələrək öldürəcəklərini söyləyirlər. Məni ölümlə təhdid edən şəxs özünü saxta diplom almaqda ittiham olunan Lazım Cəbrayılovun və onun qardaşı Kazım Cəbrayılovun atası Ağamirkamal kimi təqdim edir”.
Hüquq müdafiəçisi məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə onu ölümlə hədələyən şəxsin kimliyinin müəyyənləşdirilməsi və qanunvericiliyə uyğun olaraq cəzalandırılması xahiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam