Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sumqayıtlı valideynlər: "Uşaqlara keyfiyyətsiz ərzaq verilir"

Uşaq bağçalarında azyaşlılara verilən qidanın keyfiyyəti ilə bağlı şikayətlər artıb.

Xeberinfo.com:   Məlumata görə, bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

AİB sədri bildirib ki, rəhbərlik etdiyi təşkilata Sumqayıtda yerləşən 49 saylı uşaq bağçasından şikayət daxil olub. 10 valideyn tərəfindən imzalanan ərizədə bağçaya ayrılan süd, ət və digər ərzaqların uşaqlara verilmədiyi bildirilir.

Valideynlər iddia ediblər ki, uşaqlara vaxtı keçmiş və keyfiyyətsiz ərzaqlardan hazırlanan qidalar yedizdirilir. Bundan başqa, uşaqların təhlükəsizliyi qorunmur.

E.Hüseynov deyib ki, şikayətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin uşaq bağçalarına nəzarət edən əməkdaşı Lalə Hacıyevaya müraciət edib: “Lalə Hacıyeva şikayətlə bağlı müraciətə cavab verməyib. Bağçadan da reaksiya verilmir. Buna görə də tədbbir görülməsi üçün Prezident Admnistrasiyasına müraciət edəcəyəm”.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən saytımızın da suallarına cavab verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam