Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tikinti şirkətlərinin kvadratmetr fırıldağı

Son vaxtlar tikinti şirkətləri ilə bağlı daxil olan şikayətlərin əksəriyyəti mənzillərin sahəsinin çox göstərilməsi ilə bağlıdır. Şirkətlər divarı, yardımçı sahələri də mənzillərin kvadratmetrinə daxil edirlər.

"Xeberinfo.com":  Məlumata görə, bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata “Dərəçiçək” MTK ilə bağlı şikayət daxil olub: “Şikayətdə deyilir ki, vətəndaş Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədəki çoxmərtəbəli binada mənzil alıb. Mənzilə görə şirkətə 75 min manat ödənilsə də ona qəbz verilməyib. Bundan əlavə, müqavilədə mənzilin ümumi sahəsi  99,5 kvadratmetr göstərilib. Sonradan isə mənzilin 93 kvadratmetr olduğu bəlli olub. Müqavilədə nəzərdə tutulsa da mənzildə arakəsmələr hörülməyib, seyf qapı qoyulmayıb. Buna görə də istehlakçı mənzilin geri qaytarılmasını, pulun ödənilməsini tələb edir”.

E.Hüseynov dedi ki, yeni tikililərdə mənzilin sahəsinin yalandan artıq göstərilməsi ilə bağlı şikayətlər çoxdur: “Hazırda bununla bağlı şikayətləri araşdırırıq. Müşahidələr göstərir ki, şirkətlər divarları,  balkonları və blokun ümumi sahəsini mənzillərin sahəsinə daxil edərək vətəndaşlara satırlar. Toplanan faktlar və daxil olan şikayətlər İqtisadiyyat və Sənaye Nazirliyinə göndəriləcək”.

Qeyd edək ki, “Dərəçiçək” MTK-nın fəaliyyəti ilə bağlı mətbuatda bir neçə dəfə tənqidi materiallar verilib.

Ötən ilin fevralında şirkətin satdığı binaların birində ev alan 1947-ci il təvəllüdlü İsrafil Nadir oğlu İsrafilov özünü 18-ci mərtəbədən ataraq intihar etmək istəyirdi. İ.İsrafilov xilasedicilərə 2004-cü ildə  “Dərəçiçək” MTK-nın tikdiyi binanın 14-cü mərtəbəsindən mənzil aldığını, lakin sonradan tikintinin dayandığını, bu müddət ərzində nə ev, nə də verdiyi pulun geri qaytarılmadığını söyləmişdi.

Səslənən bu iddialara münasibət öyrənmək üçün “Dərəçiçək” MTK ilə əlaqə saxlamağa çalışsaq da şirkətdən telefon zənglərinə cavab verilmədi. Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam