Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Özəl klinikaların həkim biznesi: Xəstə dəymiş maddi və mənəvi ziyanı tələb edir

Özəl tibb klinikaları xarici ölkələrdən həkim dəvət edirlər. Lakin əcnəbi həkimin yanlış müalicə və əməliyyatına görə klinikalar məsuliyyəti üzərinə götürmürlər.

Xeberinfo.com:  Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, əcnəbi həkimlərin yanlış müalicəsindən narazılıq edənlər var. “Təşkilatımıza Göyçay rayon sakini Əntiqə Mövsüm qızı Süleymanova tərəfindən şikayət daxil olub. Şikayətçi bildirir ki, “City Hospital” tərəfindən dəvət edilən türk həkimi İlkan Dündarın qəbulunda olub. Həkim ona onkoloji xəstə olduğunu deyib və Türkiyədə müalicə olunacağına inandırıb”,-deyə E.Hüseynov əlavə edib.

Türkiyədə əməliyyat Əntiqə Süleymanovaya 23 min dollara başa gəlib. Lakin xəstənin səhhəti yaxşılaşmaq əvəzinə günü-gündən pisləşib: “Vəziyyəti pisləşən şikayətçi sonradan türk həkimlə əlaqə yarada bilməyib. Klinika isə bu işdə məsuliyyət daşımadığını deyir. Təşkilatımız da klinikaya müraciət edib, lakin müsbət cavab almayıb”.

Şikayətçi 23 min dolların geri qaytarılmasını, ona dəymiş maddi və mənəvi ziyanın klinika tərəfindən ödənilməsini tələb edir.

“Baku City Hospital“dan isə virtualaz.org saytına bildiriblər ki, rəhbərliyin icazəsi olmadan sualları cavablandıra bilməzlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam