Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputat müəllimləri həbs etdirib?- ŞİKAYƏT-REAKSİYA

 

Bu gün bəzi KİV-lərdə Şamaxı şəhəri Cəlil Məmmədquluzadə 21 üvanında yaşayan Cəbrayılov Ağamikayıl Oruc oğlunun Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlu Cəbrayılov Kazım və qardaşı, yenə kənddə müəllim işləyən Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunması ilə bağlı məlumatlar yayılıb.

Yenixeber.org: Şikayətçilər bildirib ki, hər iki müəllimi Sabirabad rayonundan deputat Rüstəm Xəlilov və onun qardaşı, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Ağəli Xəlilov həbs etdirib.

"Hər iki məmur rayonda qoçuluq edir. Bütün güc strukturlarına təzyiq edən bu məmurlar bizim ailəmizə qənim kəsilib. Qardaşımın və oğlumun həbsindən sonra da ürəyi sakitləşməyən bu məmurlar indi də onların ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonu Nizami kəndindən köçmələrini tələb edir. Rayonda qoçuluq edən deputat Rüstəm Xəlilov qohumları vasitəsilə mesaj göndərib ki, kənddən köçməyəcəkləri tədqirdə oğlumun və qardaşımın həbsdən azad olunmasına imkan verməyəcək. Qardaşım və oğlumun ailəsi bu 2 məmurun qorxusu altında yaşayır"-deyə bildiriblər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Rüstəm Xəlilov Modern.az-a açıqlama verib.

Deputat ona qarşı şikayətçi olan şəxslərdən heç birini, heç vaxt görmədiyini və onları ümumiyyətlə tanımadığını deyib.

“Bu mənim haqqımda kimlərinsə qarayaxmasıdır. Mən heç kimi həbs də etdirməmişəm. Nəyə görə kimisə həbs etdirməliyəm ki? Sabirabad rayonundan deputat seçilmişəm. Rayon sakinlərinin də məndən heç bir şikayəti yoxdur. Bunların kim olduğunu isə heç tanımıram. Biz heç kimin ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonundan köçmələrini tələb etməmişəm".

“Bu cəfəngiyyatdan başqa birşey deyil. Biz hüquqi dövlətdə yaşayırıq, əgər bu şəxslərin mənə qarşı iddiaları varsa, onlar məhkəməyə və ya digər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Ortaya belə sual çıxır ki, əgər bunu mən etmişəmsə, niyə etmirlər? Buradan da görünür ki, onlar kimdirsə, yalançı və fırıldaqlardır. Mən nə qohumlarım, nə də kiminsə vasitəsilə, heç kimin kəndi tərk etməsini istəməmişəm”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam