Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Neft idarəsinin operatoru intihar etdi

Mərhumun 2 azyaşlı övladı qalıb

Yenixeber.org: Bu gecə Siyəzən rayonunun Məşrif kəndində intihar hadisəsi qeydə alınıb.

Kəndin ərazi nümayəndəsi Kənan Əliyevin  verdiyi məlumata görə, kənd sakini olan,1979-cu il təvəllüdlü Məkan Valeh oğlu Əliyev gecə saat 2:00 radələrində evinin eyvanında özünü asaraq intihar edib. Məkanın özünü asmasından ilk olaraq ailə üzvləri xəbər tutublar.

"Onun hansı səbəbdən intihar etməsi hələlik bilinimir. 2 övladı var, həyat yoldaşı müəllimə işləyir. Özü də "Siyəzənneft" Neft-Qaz Çıxartma İdarəsində operator vəzifəsində işləyirdi. Psixi cəhətdən normal insan olub, heç bir xəstəliyi yox idi”.

İntihardan dərhal sonra rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub, mərhumun ailə üzvləri dindirilib. Sonra isə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Siyəzən rayon bölməsinə aparılıb.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam