Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Salxım söyüd” Natavan Niyal

 

“Salxım söyüd” Natavan Niyal 

Yenixeber.org: Davamı...

Az keçmiş telefonun işığı yandı. Ekranda ingiliscə sim kart əlavə edin – yazılmışdı. Demək suya düşməklə həm telefon, həm də nömrə korlanmışdı. Yumruqlarını var gücü ilə sıxdı. Dırnaqları qısa kəsilsə də ətinə batan kimi oldu. Bəyim arvad onun hərəkətlərini izləyirdi. Oğlunun əsəbiliyini anlamışdı. Yumruğunu yuxarı qaldırıb nə düşündüsə havada saxladı. Dönüb eyvanın o başına tərəf getdi. Addımlayıb pillələrə doğru yönəldi. Pillələri düşüb axırıncı pillədəki rezin kişi çəkələklərini ayağına keçirib həyətə, bəzək ağacının yanındakı oturacağa doğru getdi.            

Oturacaqda oturub ətrafı seyr etməyə başladı. Yüngül meh əsirdi. Nərminin buradan getdiyi vaxtdan bəri Şənlik də fərqinə varmadan nə bu tərəfə, nə də bu oturacağa hərlənməmişdi. Həyət-bağça Şənlik üçün maraqsızlaşmışdı. O, bir xeyli idi ki oturmuşdu. Əllərini dizlərindən götürüb qolunu yana açaraq əllərini söykənəcəyin kənarına qoydu. Hiss etdi ki, əli toza batır. Oturacağ toz içində idi. Tozlu oturacaqda oturub dərin düşüncələrə dalmışdı. Elə bilirdi Bakıdan, doğma evindən Nərminindən cəmi iki həftə əvvəl yox illərdi ayrılmışdı. Keçən dəfə gələndə on beş gündən artıq qalmışdı Niyalda. Düzdü hər gün danışırdı Nərminlə. Birdən ürəyi sıxıldı. Əlini sinəsinin üstünə qoyub sinəsin ovxalamağa başladı. Bu nədir? Ürəyi sancırdı. Bu hamısı o zəhrimar telefonun suya düşməsindən sonra oldu. Kefi yaman pozulmuşdu. Başqa vaxtı belə tozlu yerdə oturmazdı. Nərminin bir zamanlar çox sevdiyi bu yerdə oturmaqla elə bil özünü sakitləşdirirdi.

Hənirti səsinə başını qaldırıb ətrafına baxdı. Həyətdə heç kim yox idi. Dönüb qonşu tərəfə baxanda çəpərin lap yaxınlığında dayanmış Kamran babanı gördü. Kişi deyəsən Şənliyi görüb yaxınlaşmışdı. Elə ağzını açırdı ki, nəsə desin Şənlik ayağa qalxıb onunla salamlaşdı.

- Necəsiniz nə var nə yox? Çoxdandı sizi görümürəm buralara gələndə.

-Ay saqqalı ağarmış gəlirsənmi ki, buralara məni də görəsən – deyə Kamran baba gülümsədi.

Kişi yaman düşmüşdü. Şənlik onu görəndə canı sulu idi hələ. İllər öz sözünü deyirdi. Boyu da balacalaşmışdı elə bil. Tək-tənha asan iş deyil yaşamaq. Bəlkə də onu. meylini saldığı bu gözəl bağ-bağat yaşadırdı

- Nə oldu ay bala, bu şəhər necə şeydi gedən ilişib qalır unudur yerini yurdunu –dedi. Bəs göyçək gəlinimiz hanı, ay oğul? Yaman söhbətcil qızdı. O dəfə hələ sizin bu ağac.... Hə söyüdü də kəsdiniz deyəsən. Gör necə zoğ vurub. Gəlin deyəsən çox xoşlamışdı o nazlı söyüdü. Qalsaydı indi onun haləsi bəzəy ağacınızı da, almışdı altına. Bu ağac çox həyat sevərdi. Harda əkdin oranı da özünə doğma bilir. Tez böyüyür. İnsanları çox sevir bu ağac. Qanad gərir ətrafına. Nahaq deməyiblər ki salxım söyüd.

-Bəli. Düz deyirsiniz.

Şənlik gördü ki, kişi yaman darıxıb həmsöhbət axtarır. Belə getsə çox danışacaq. Hələ düşündü ki, bir əfsanə zad danışsa bu dilxor vaxtımda dayandıra bilməyəcəm. Onda da gərək bir saat dayanam bu çəpərin dibində.

- Nərmin də çox xoşladı o vaxt. Söyüd əfsanəsini. Çox bəyəndi.

Elə deyirdi ki, kişi anlasın ki, onu danışıb artıq.

-Hə, ay bala, ola bilər danışmışam. Yaddaş qalmayıb ki, məndə . Bu gördüyün ağaclardı mənim həmdəmim. Uzun illərdi mən ancaq onlarla danışıram gecə -gündüz.

Şənliyin ürəyi sıxıldı bu qoca nurani kişinin halına. Onun da vaxtları var idi. Bu zaman Bəyim arvadın səsi gəldi:

  • Ay Şənlik gəl, ay bala bir stəkan çay iç. Nə edirsən orda.

Səsi mətbəxdən gəlirdi. Bəlkə də görmürdü qoca bağbanla danışdığını.

  • Get bala çayını iç. Allah iş avandlığı versin. Allah sizləri saxlasın.

   Qoca bağban çəpərdən aralanıb bağın başqa istiqamətinə tərəf yönələndə Şənlik hələ də orda durmuşdu. Qoca bağban yaralı yerindən vurdu onu. Nərmin düşdü yadına. Bir də suya düşüb korlanmış telefonu. İndi bu ucqar dağ kəndində o nə edə bilərdi?

İşin tərsliyindən Nərminə bu yaxında nömrə aldılar. Unutmuşdu təzə nömrəni. Köhnə nömrəsini əzbər bilirdi. Dilxor halda dönüb eyvana boylandı. Anası görünmürdü.

Yenə fikrləri havalanıb uzaqlara uçmuşdu. Daha mələk sevgi də bura üzükmürdü. Artıq burda qala bilməyəcəkdi. Buna nə zamanı, nə də həvəsi var idi. Ev-eşik, bağ-bağça da onu sıxırdı. Ani qərara gəldi. Günü sabah gedəcəkdi. Daha bundan artıq qala da bilməzdi. Gedib yerini yurdunu rahatlayıb işə başlamalı idi.

Bəs Nərmin? Onu necə edəcəkdi? Nə vaxta kimi o tək qalacaqdı? Heç bunları düşünməmişdi. Bu aralar o qədər problemlər var idi ki başında... Bir yandan anası, bir yandan işdəki hadisələr. Necə xoş günlər idi. Heç düşünməzdi bu ayrılığı. Hardan gəldi? Hansı küləklər onları ayrı saldı? Sabah gedəcəyi N hərbi hissəsinə bəlkə getməsin? Qayıtsın birdəfəlik Bakıya ailəsinin yanına. Bu nə uşaqlıqdır mən etdim. Hələ ki, gec deyildi.

 Düşünürdü. Dönüb asta addımlarla bağın içərilərinə doğru addımlamağa başladı. Aşağı qapı alt küçəyə açılırdı. Bakıdan gələndə əsas küçəyə olan qapıda maşını saxlayar Nərmin düşüb ondan əvvəl həyətə girərdi. O isə maşınla bağın o biri hissəsində çıxışda qoyulmuş darvazadan maşını həyətə salardı. Qəribsədi o günlər üçün. Maşını indi Bakıda, həyətdəki qarajda saxlamışdı.

Rayona gələndə onunla gizlicə halallaşmışdı. Hələ bir, bəlkə heç görüşmədik, ceyranım deye ona xitab etmişdi. Darvazanın içindəki kiçik qapını açıb küçəyə çıxdı. Yolun alt hissəsində qonşunun bağı idi. Ara yolda kiçik alabalı bağı var idi. İki iri albalı ağacının ətrafında xırda albalı ağacları böyüməkdə idi. Yadına rus şairinin “Albalı bağı” hekayəsi düşdü. Çox qəribə, həm də maraqlı mənzərə idi. İri ağacların biri ata, biri də ana idi çox güman. Ətrafı da boy-boy , irili xırdalı albalı kolları idi.

Ağaclar çiçəyin tökülmüşdü, yaşıl kiçik albalılar göyərirdi. Yolun o tərəfi meşəlik idi. Niyala gələndə Nərminlə gəzə- gəzə gedib meşənin o tərəfinə -  çaya qədər gedərdilər. Küçəyə çıxanda ilk öncə bu albalı bağına tamaşa edərdilər. Bu adı da Nərmin vermişdi. Nə gözəl demişdi: - Yadındamı, Şənlik, rus şairi Anton Pavloviç Çexovun bir əsəri var ey “Albalı bağı” (Vişnovıy sad) bax buranı görəndə o əsər yadıma düşür. Düzdü məzmununu unutmuşam amma adı tam uyğun gəlir. O, vaxt hətta zarafatla gəl keçək bu albalı bağını bir gəzək demişdi. Hələ ağaclar böyüsün gör bura necə gözəl romantik bir guşə olacaq. Kimdi buranın sahibi tanıyırsanmı onu. Necə gözəl, xudmani bağı var. Kimdirsə təbiəti çox sevir deyəsən. Bizim həyət də gözəldir. Amma burada xüsusi bir gözəllik var. Amma albalı bağı elə yabanı olaraq yetişmişdi. Sahibi də yox idi.

Bayaqdan dayanmışdı. Bağa tərəf baxsa da fikri uzaqlara, beş altı  il əvvələ getmişdi. Nə qədər dayanmışdı bilmədi. Dönüb ətrafına baxdı. İns-cins görünmürdü. Əlini alnına çəkib saçlarını yana sığalladı. Üzü meşəyə tərəf uzanan yolla addımlamağa başladı. Təbiətin gözəl çağı idi. Yol yaşıllıqların arası ilə düz meşəyə qədər uzanırdı.

Yolun üst tərəfində yarımtikili bir ev var idi. Deyirlər bu evi tikən adam tikintinin bitirməmiş dünyasını dəyişmişdi. Evin divarları yarıyacan tikilmişdi. Qapı pəncərə yeri qoyulsa da qəfil əcəl onu tamamlamağa imkan verməmişdi. Kim bilir neçə illər qalacaqdı belə yarımçıq. Bəlkə də heç tikilməyəcəkdi. Elə qal oğlu qal olacaqdı. Nə bilmək olardı. O vaxt o bu torpaq sahəsini alınanda Bəyim arvad nə qədər sevinmişdi. Nəhayət bizim də yaxın qonşumuz olacaq deyirdi.

 Onların evi ana yolun üstündə olsa da, qonşulardan xeyli aralı idi. Niyalda ümumiyyətlə qonşuların çoxu, çox uzaq yaşayırdı. Torpaq sahələri o qədər böyük idi. Hamı sözləşmişdi elə bil yaxud da, dədə babadan belə idi adət. Evlər bağın başlanğıcında yola yaxın tikilirdi. Sonra isə bağın ərazisi növbəti qonşunun evinə qədər uzanırdı. Beləcə evlər bir-birindən aralı düşürdü. Bu da özlüyündə bir tərəfdən yaxşı olsa da, digər tərəfdən evlərin bir-birindən belə uzaq olması elə də yaxşı hal deyildi. Təcili bir şey lazım olanda, birinin halı pis olanda qonşuya əl çatmırdı.

Yarımçıq tikilinin ətrafında daş, qum topaları pərakəndə halda neçə tökülmüşdüsə eləcə də qalmışdı. Bağ da pərişan haldaydı. Bir tərəfi Şənlikgilin evi digər tərəfi yenə də uşaq vaxtı oynadıqları,indi isə kimə isə yurd yeri verilmiş bağ idi. Yurd yerində tikili olmasa da, hiss olunurdu ki, bağa baxan var. Tez-tez sulandığından yamyaşıl idi. Alt tərəf isə yol idi. Yarımçıq tikilinin yerləşdiyi sahə baxımsız, susuz qaldığından yaşıllıq yox idi. Burada bir qəriblik, kimsəsizlik duyulurdu.

 Bağın içərisində cəmi bir ağac qalmışdı. Şənlikgil indi hissələrə bölünüb satılmış bu iri kolxoz bağında xüsusilə də bu yabanı armudun kölgəsində çox oynamış, çox əylənmişdilər. İllər keçdikcə ağaclar bir-bir qocalıb, məhv olub getmişdi. Amma bu qocaman yabanı armud əvvəlki kimi də olmasa, hər-halda yerində dayanmışdı. Bu yerlərdə belə yabanı armud ağacları çox olurdu. Bu ağacın meyvələri isə xüsusilə dadlı idi. Düşünə-düşünə fikri uzaqlara getmişdi.

Zamansa onu irəliyə çağırırdı. Yol düzənlikdə meşəyə daxil olurdu. Gəlib düz meşənin başlanğıcında dayandı. Birdən əlini cibinə atıb telefonunu aradı ki, Nərminlə danışsın. Xatırladı ki, axı telefonu da, nomrəsi də, sıradan çıxıb. Bir anlığa gönüb geri qayıtmaq, hər şeyi yenidən başlamaq istəyirdi. Yarı yoldan geri qayıtmağın heç bir mənası yox idi. Bir də axı bu qayıdış kimə nə verəcəkdi?

Bəyim arvad didərgin idi. Oğlunun fikrini çəkirdi. İndiki halında onu rəncidə edən oğlunun sıxıntısı deyildi. Bu qaynananın gəlininə duyduğu kin idi. Kin Bəyim arvadın gözlərini kor etmişdi. Oğlunun niyə gəldiyi, hara qayıdacağı onun üçün önəmli idi. Nərminlə nəhayət yığışıb bir dam altında əbədi yaşayıb yaşamayacağı düşündürürdü. Fikirli-fikirli mətbəxdə firlanır gunortaya hazırlayacağı yemək barədə  düşünə bilmirdi.

Hərbi hissəyə gəldiyi vaxtdan on gün ötürdü. Bu müddət ərzində başı işə , yerləşməyə elə qarışmışdı ki, bir vaxt edib Nərminlə danışa bilməmişdi. Əslində istəsəydi bir yolunu tapıb onunla əlaqə qura bilərdi. Onu da düşünmüşdü. Ar etmişdi . Əvvəlcə qaynanasına zəng vurub Nərminin telefonunu almaq qərarına gəlsə də nədənsə sonra bu fikrindən daşınmışdı.

 Yaxşı, Səmayə ana deməzdimi arvadının telefon nomrəsini nədən məndən soruşursan? Siz necə ər-arvadsınız axı? İzah edə bilməyəcəkdi ki, Nərmin nömrəsini dəyişdirib, mən də əzbər bilmirəm. Bunu özünə sığışdırmırdı. Yaraşdırmırdı bunu özünə. Bu günə kimi Səmayə ana ilə arasında hörmətdən başqa bir münasibət olmamışdı. O, Nərminin anasını öz anası bilirdi. Nərminin valideynləri onun üçün çox önəmli insanlar idi.

Səmayə xanım xəstə idi. Uzun illər bir illəti vardı. Yanından yel ötdümü xəstələnib yorğan döşəyə düşürdü. Adi soyuqdəymədə antibiotik vurdurmasaydı, sistem köçürdülməsəydi sağalmırdı. Ürəyi də xəstə idi. Onunla ehmallı dolanırdılar. Təzyiqi filanıdakı öz yerində. Odur ki,Şənliyin ağlına gəlsə də fikrindən daşınmışdı. Şənlik bilmirdi ki, daha Səmayə xanım telefon işlətmir. Telefon səsi onu narahat edirdi. Həkim demişdi imkan daxilində telefon verməyin ona. Qəfil biri zəng edəndə diksinib həyəcanlanırdı. Hətta bir dəfə kiçik qızı zəng vurub nə isə demək istəyəndə qadın qorxmuşdu. Nə isə qorxulu bir hadisə olduğunu düşünərək həyəcanlanmışdı. Təzyiqi qalxmışdı. Hətta üstünə təcili yardım maşını da gəlmişdi.

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam