Ukraynanın itkiləri artır -SİYAHI
Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 592 təyyarəsi, 270 helikopteri, 23 132 PUA-sı, 509 zenit-raket kompleksi, 15 831 tank və digər zirehli texnikası, 1 274 reaktiv yaylım atəş sistemi, 9 115 artilleriya və minaatanı, 21 288 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.