Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ƏLLİ İLİ DƏ YOLA SALDIQ

 Yenixeber.org: Atmış və əlli. Bu rəqəmlər elə- belə rəqəmlər deyil. Tarixin illərinə yoldaşlıq etmiş rəqəmlərdir. Xalq arasında deyildiyi kim,hərəsi də bir igidin ömrünə bərabər illər. Bəlkədə bu rəqəmlər kimlərəsə bir elə də maraqlı gəlməsin. Amma mənim və mənimlə on il bir parta arxasında oturmuş dünənki uşaqlar, bu günki ağbirçək qadınlar, ağsaqqal kişilər üçün çox vacib və önəmlidir, yaddan çıxmazdır, unudulmazdır. Ona görə ki, burda bir kövrəklik, bir sevinc var. Mənə elə gəlir ki, hər bir orta məktəb məzunu bizim bir yerə toplaşıb keçirdiyimiz hissiləri onlar da keçirə bilər, əlini gözünün üstünə günlük edib keçən illərə baxar, yaşadığı ağrılı- sevincli günlərini kino lenti kimi göz önünə gətirər. Kövrələr, danışmaq istəyər, boğazını qəhər tutar, danışa bilməz, hıçğırığı eşidilər, sinif uşaqları kövrək- kövrək bir- birinin boyunu qucaqlar, telinə sığal çəkib, saçını qarışdırar, sakitləşdirər. Budur məktəb illərinin kövrək, şirin, unudulmaz xatirələri.

Biz ömrümüzün baharını başa vurub, payızına çatmışıq. Fikirlərimiz, düşüncələrimiz bizə arxada qoyduğumuz, yaşadığımız illəri yenidən xatırladır. Və belə bir sual yaranır: görəsən ömrümüzün bu çağını, bu vaxtını yaşamağımıza haqqımız varmı? Təbii ki, var. Ona görə var deyirəm ki, hər birimiz əlimizin qabarı, alnımızın təri ilə yaşayıb, azdan- çoxdan xalqımıza, millətimizə xidmət etmişik. Əliəyriliklə, fırıldaqla, rüşvətlə yaşayanımız olmayıb. Hərkəs sadə peşə sahibidir. Müəllimdir, tibb işçisidir,xanəndədir, yazardır, sürücüdür, fəhlədir, iqtisadçıdır və başqa sahələrin adamlarıdır mənim sinif yoldaşlarım. Bizim on illik həyatımız kövrək barmaqları bənövşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçib.

Müqəddəs bildiyimiz, uca bildiyimiz müəllimlər boyumuz partaya çatmayanda boylarından boy, əlimiz qələm tutmaq istəyəndə qəlblərindən güc və istilik veriblər əllərimizə. Bəşəriyyətin ən zəngin lüğət fondunu köçürüblər dilimizə, yaddaşımıza. Ona görə də müəllim peşəsi bizim üçün dünyanın ən şərəfli və əvəzsiz peşəsidir. Bu peşənin sahibləri həm də işıq, nur mənbəyidirlər. Biz də bu işıq, nur mənbəyindən pay götürüb gələcək ömür yolumuzun yolunu işıqlandırıb, vətənə, elə- obaya layiqli övlad olmuşuq.

İsti sentiyabir günlərinin birində, tam dəqiqi 15- də- bilik günündə 13 yoldaş olub bir araya gəldik. Özüdə kəndin mərkəzi sayılanşamlıqda. Buranın bir neçə hektar sahəsi var. Burada yaşını bilmədiyimiz nə qədər iri gövdəli müxtəlif növ şam ağacları var.Biz kəndin mərkəzində, bu gün işi olanın da, sadəcə boş vaxtını domino, nərd oynamaqla keçirənlərin də yığışdığı bir yerdə görüşdük. Onu da deyim ki,bura bizim yaşımızdan qabaq da belə adlanıb: "şamlıq", "idarənin qabağı". "İdarənin qabağı" ifadəsi ömrünü çoxdan başa vurub. İndi sadəcə olaraq "şamlıq"qalıb. Ona görə ki,bura sovet dönəmində kolxoz idarə binasının yerləşdiyi sahə olub. Burada idarə binasından başqa möhtəşəm mədəniyyət evi (rayonun ən geniş və yaraşıqlı mədəniyyət evi olduğuna görə burada o vaxtın ən korifey sənətkarları olan Lütvəli Abdullayev, Nəsibə Zeynalova, Zeynəb Xanlarova və b. kənd zəhmətkeşləri qarşısında çıxış ediblər ), poçt şöbəsi, tibb məntəqəsi, mağaza, bərbərxana, elektrik dəyirmanı, taxıl anbarları, taxda çəkən sex kimi kolxoz binaları da burda yerləşib.

Bu gün burda bir araya (bəzi yoldaşlarımız üzürlü səbəblərə görə tədbirimizə qatıla bilmədilər) gələn 13 nəfər üçün möhtəşəm, unudulmaz bir görüş idi. Hər birimiz bu görüşdən məmnunluq hissi keçirir, sevinirdik. Bu başqa cür də ola bilməzdi. Zarafat deyildi, 60 il bundan qabaq birinci sinifə ayaq basmağımızın 60, orta məktəbi bitirməyimizin isə 50 illik yubleyi idi. Onda çoxsumuzun təzə paltar geyməyimiz bir yana, heç analarımızın qalın parçadan tikdikləri məktəb çantalarımız belə yox idi. Dolanışıq da çox. Ölkədə çörək qıtlığı höküm sürürdü. Camaat qağırdalı ununun gözünə (tapanlar) bir az buğda unu qatıb çörək bişirirdi. Adına da "cad"deyirdilər. İnsanlar qağırdalı "cad"ı yeməkdən damaqları yara olmuşdu. Buna baxmayaraq oxumaq, öyrənmək həvəsimiz böyük idi. İndi o illəri xatırlayanda ürəyimiz ağrıyır. Bu günə dönə- dönə şükür edirik. Bu gün hər yerdə iki, üç mərtəbəli yeni- yeni məktəb

binaları tililir, müasir avadanlıqlarla təmin olunur. Belə yerd oxumaq şagirdlərdə milli ruhu yüksəldir, vətənpərvərliyi artırır. Bu yerdə onu da deməyi özümə borc bilirəm ki, kəndimizin yuxarı hissəsində də bir orta məktəb var. Şəxsən mən ora orta məktəb deyə bilmirəm. Utancaqlıq hissi keçirirəm. Məktəb bu əsrin (heç keçən əsrin də)məktəbinə oxşamır. Neft və milyonlar səltənətində belə "təhsil ocağı"nın mövcudluğu adama ar gəlir.

Və bir də bizim bir araya gəlməyimiz, uzaq yolu yaxın eləməyimizin bir başlıca səbəbi də orta məktəbi bitirib, həyat məktəbinə qədəm qoymağımızın 50 illiyi idi. Bu yuvarlaq rəqəmli yubleyidə bir yerə yığışıb qeyd etməməyimiz mümkünsüz idi. Bu tədbirin keçirilməsini keçən il uşaqlarla bir yerdə danışıb, razılaşdırmışdıq. Həmin gün saat 11- də gələnlərin hamsı gəlmişdi. Bir yerdə təhsil aldığımız məktəbə yola düşdük. Əvvəlcə on il oxuduğumuz məktəbədə istifadəsiz, uçub, dağılmış sinif otaqlarına baxdıq, uşaqlığımıza, gəncliyimizə qayıtdıq, müəllimlərimizi xatırladıq, onlar haqqında hər birimiz xoş sözlər dedik. Sonra elə köhnə məktəbdən 30 metir aralıda yeddi il bundan qabaq inşa olunmuş şəhid Sərdar Məmmədov adına 3 mərtəbəli binaya gəldik. Şəhidin şərəfinə ucaldılmış abidəni ziyarət etdik. Sonra məktəbin qabağında və dəhlizdə qarşımıza çıxan məktəbli uşaqlar bizi mehirbancasıa qarşıladılar, "xoş gəlmisiniz"dedilər. Keçib birinci mərtəbədə böyük bir sinifdə oturduq, evə gedən ona yaxın şagird də geri qayıdıb, bizimlə birlikdə oturdular. Hər birimizdən xeyli cavan olan məktəbin müəllimi Şahmurad əlində şurnal sinifə girib bizi salamladı. Keçmiş illərdəki kimi ayağa qalxıb xorla müəllimin salamını aldıq. Və Şahmurad müəllimin "oturun" komandasıyla yerimizdə oturduq. Hər birimizin sifətində utancaqlıq, həyacan çox aydın sezilirdi. Sizə asan gəlməsin, uzun illərdən sonra uşaqlığa qayıtmaq, dostlarla bir sinifdə oturmaq, müəllimin gəlişiylə ayağa qalxıb, onun salamını cavablandırmaq, qarşındakı müəllimdən nur, işıq almaq adamı elə kövrəldir ki!

Şahmurad müəllim məktəbin direktoru, müəllimləri, 1200 nəfər şagirdləri adından bizə "xoş gəlmisiniz", dedi və yubleylərimiz münasibətilə bizləri ürəkdən təbrik etdi. Sonra bəndəniz- mən Məhərrəm Şəmkirli məktəbin çoxsaylı müəllim və şagird kollektivinə minnətdarlığımı bildirib, uşaqları yeni dərs və bilik günü münasibəti ilə ürəkdən təbrik etdim, dərslərində uğurlar dilədim. Məndən sonra məzunlardan tarix müəllimi Sakit Yusifov, Bakıdan tədbirə qatılan xanəndə- bəstakar Oqtay Hacıyev də uşaqlara tövsüyələrini verib, yaxşı oxuyub, dövlətimizə, millətimizə layiqli vətəndaş olmalarını arzuladılar.

Zəruri bir haşiyə: Bu ilki tədbirimizə sakit təbiətli, danışdıranda danışan, danışdırmayanda sakitcə danışanı diqqət və maraqla dinləyən, kini- küdrəti, paxıllığı olmayan, təmiz qəlbli, orta məktəbi bitirəndən sonra özünə traktorist peşəsini seçən və peşəsinin mahir sahibi olan İsrayıl qatıla bilmədi. Çox təəssüflər ki, keçən ilki tədbirimizdən bir ay sonra qəfildən dünyasını dəyişmişdi. Onun xatirəsinə hörmət əlaməti olaraq oğlunu tədbirimizə dəvət etdik. Sağ olsun, sözümüzü yerə salmadı və tədbirin axırına kimi bizimlə birlikdə oldu.

Və beləcə "dərsimiz" başa çatdı. Biz məktəbən bir başa İlqar bəyin istirahət məkanına yola düşdük. Burada biz təbiətin qoynunda- çinar kölgəsində tədbirimizin bədii hissəsini keçirirdik. Yena sədaqətli ədəbiyyat müəllimiz Oqtay İskəndərov bizimlə idi. Onun xoş sözlərini və ürəkdən gələn təbrikini eşitdik. Bizə qatıldığına, təbrik etdiyinə görədə bizlər də ona böyük sayğımızı bildirdik. Süfrə arxasında oturmağımızdan çox keçməmişdi ki, tədbirimizin əsas təşkilatçısı Arif bəyin (bu təşkilatçılığına görə öz adımdan və dostlarım adından ona böyük sayğılarımı bildirirəm)telefonuna zəng gəldi. Danışan sinif yoldaşımız Qənirə xanım idi. Gəncədən gəlirdi. Gecikdiyinə görə üzürhaqlıq edirdi. Qənirə xanım tədbirimizə qatılan yeganə xanım idi. Çox təəssüf ki, görüş barədə xanımlara xəbər verən olmamışdı. Qənirə xanım da bu barədə kimdənsə eşidibmiş. Onun gəlişi hər birimizi sevindirdi, məcilisimiz daha da şənləndi. Bir anlıq da olsa sinif yoldaşlarımız olan Ağgül, Solmaz, Gülxar,Rahilə, Südabə,Cəmilə, Marusa, Mənzər xanımları göz önünə gətirdik.Xatirələr yol alıb məktəb illərinə getdi. Zakir, Məhəmməd, Arif,

Hüseyin, Sakit, Qəzənfər, Oqtay, Qurban,Bayram,Eyvaz unutmadıqları, yaddan çıxara bilmədikləri olaylardan söhbət açdılar. Hətta kimlərin kimləri gözaltı elədiklərini, kimlərin kimləri sevdiyini (amma kimsə kimsəylə ailə qurub evlənmədi), kimin kimə görə kimlə dalaşdığını da dedilər. Yemək- içmək yaddan çıxdı. Ara sakitləşən kimi xanəndə Oqtay muğam oxudu. Hərkəs nəfəs almadan onu dinlədi, özünə, səsinə "əhsən" dedilər. Onu da deyim ki, gənclik eşqiylə oxuyan Oqtqy tədbir boyu səsi, avazıyla bizi ovsunladı.

Məcilisin bu yerində sinif yoldaşımız Əhəd özünü çatdırdı. Onun məcilisimizə gəlməsi hamımızı sevindirdi, ayağa qalxıb əl çaldıq, bağrımıza basdıq. Əhəd böyük fədəkarlıq eləmişdi. Sərbəst yerimək iqtidarında olmayan , bu geniş qəlbli insan ailəsinin yardımı ilə maşının sükanı arxasında keçib, bir başa tədbirin keçirildiyi məkana gəlmişdi. Xəstə olduğunu bildiyimdən, iki gün qabaq Əhədə baş çəkmişdim. Yerdə yatırdı. Mənim gəlişimdən çox sevindi, ayaqlarının şişib qaralmasından şikayət etdi və xeyli söhbətdən sonra böyük inamla dedi: Belə olmağıma baxmayaraq siz harda, mən də orda olacam. Sürünə- sürünə də olsa tədbirə qatılacam. Sağ olsun, qatıldı da. Allah şəfasını versin.

Boyca hər birimizdən kiçik olan, şən və şuxluqda, deyib- gülməkdə uşaqların heç birinə bənzəməyən Hüseyin sözünü sədəfli sazıyla dedi. Onun ifasını sürəkli alqışlarla qarşıladıq. Onu da qey eləməyi özümə borc bilirəm ki, Hüseyin eyni zamanda gözəl oynamağı da bacarır. Oxudu da, oynadı da. Bir sözlə şənliyimizə şənlik qatdı. Amma orta məktəb illərində Hüseyin belə şən- şux deyildi. Görünür həyatın diqtəsi onu dəyişib.

Tədbirimiz gün batana kimi davam elədi. Görüşümüzü sədəfli sazda mahir ifasıyla müşayət edən Hüseyin bəyə, başlanqıcdan sona kimi kameranın yaddaşına köçürən oğlu Mübariz bəyə dostlarım adından təşəkkürümü bildirirəm.

Məhərrəm Şəmkirli

AYB-nin və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam