Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

EQO YOXSA MƏRHƏMƏT

 

 

 

Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır (Uilyam Şekspir)

 

  

-İnsan özünü nə vaxt bəyənir?

 

-Kiminsə əlindən tutub ona yardım edəndə.

 

    Sualı da özü verdi cavabı da Sevincin.

 

   "xeberinfo.com": Onu gördüyüm ilk andan diqqətimi çəkmişdi. 27 yaş vermişdim və düşünmüşdüm . Bu uşaq nə iş görə bilər axı. Bunun etdiyi iş nə olacaq? Ancaq onunla bir neçə saatımı keçirdəndən sonra anladım ki, gənc gördüyüm bu qadının daxilində xeyirxah mələk yaşayır. Uşaq və qocalar evinə, kimsəssiz ailələrə yardımlar edən birinin şəxsi həyatına vaxtı çatırmı? Himayəsində az təminatlı bir çox ailələr var. Rayonlara gedib yardımlar edir. Bəs mənbə hardandır? Hər il bu ailələrin uşaqlarını məktəb paltarını və ləvazimatını almaq, əlavə ad günü və bayramlarında ona ehtiyacı olanları sevindirmək az iş deyil. Maddiyyat məsələsini çıxsaq, vaxt da tapmaq lazımdır. Bu qədər işin gücün arasında öz şəxsi həyatını necə tənzimləyir? Onu daha dərindən tanımaq və araşdırmağı qərara aldım. Hər görüşümüzdə onun hərəkətlərini, davranışını izləyib bir-iki sual da verib, onda şübhə yaratmamaq üçün, sonrakı işlərində uğurlar arzulayıb məni də yaddan çıxartmamasaını deyib ayrılırdım. Bu xanım haqqında düz bir ildən sonra ətraflı məlumat əldə edib onunla ikilikdə görüşdük. Saat 8 idi. Sakit bir guşədə çay içərək Sevinci dinləyirdim. Sevinc Cəbrayılova tək deyilmiş. Söhbət əsnasında məlum oldu ki, “AZERCELL”-MMC və yardımsevər könüllülər dəstəsi ilə bərabər çalışır. Sevgidən məhrum insanlara maddi yardımdan əlavə diqqət və qayğı göstərir. Hətta işi ilə əlaqədər xarici səfərlərdə olduğu zaman himayədarlığa götürdüyü ailələrin uşaqlarının ad günlərini, bayramlarını təbrik etməyi unutmur. Sevinc:-Bəzən səfərlərdə olanda bilirəm ki, bu uşaqlar məni gözləyirlər. Hökmən rəfiqələrimin birinə zəng vurub ünvanı verirəm və həmin uşaqların hədiyyəsini çatdırsın deyə xahiş edirəm. Sonradan rəfiqələrim deyirlər ki, “Sevinc qapda dayanıb səni gözləyirmişlər”. Sevinc xanım bu gün gəlməlidir. Bəzən bayramlarını tezdən yox, günortadan bir az keşmiş gedəndə qapının önündə durub məni gözlədiklərinin şahidi olduğum üçün öz uşaqlarımı təbrik etməyə vaxt çatdıra bilməsəm də tək təsəllisi, ümidi olan uşaqları özüm gedib təbrik edirəm. Fikir vermişəm ata tərfindən atılmışlar mənə “xala” deyirlər. Ana tərəfindən atılmışlar isə mənə “bibi” deyirlər. Sevinc xanım kasıb və kimsəziz ailələrin ziyarətinə tez –tez anasınıda aparır. Qızı isə daima onu müşayət edir. Onlarda Sevinc xanımın anasına öz anaları kimi Ana və ya nənə deyərək muraciət edirlər. Hacı xanımdır. 3 dəfə həccə gedib. Mənim Anam sözün əsl mənasında Hacı xanımdır. Valideynlərimi dünyalar qədər sevirəm. Onlar mənim hər şeyimdirlər. Onlar mənim aldığım nəfəsim, açılan sabahımdırlar. Sevinc anası haqqında çox məhəbbətlə danışdı. Hər ikisi bir mələkdirlər. Qanköçürmə institunda işləyən ana qızının gündəlik yazdığını təsadüfən oxuyur və dəftəri cırıb atır, Sevinci də yaxşıca kötəkləyir. Analıq yanında məşəqqətlə, sevgisiz böyüyən ana qızının ona yad incə hisslərindən kövrəlmişdi. Bəlkədə elə ona görə də acığını bir növ dəftərdən çıxmışdı. Atası isə hələ bu günə kimi ona gözün üstə qaşın var demədiyindən bəhs etdi. Sevgi, mərhəmət və qayğı dolu, çox xoşbəxt ailənin övladı olduğunu və valideynləri ilə fəxr etdiyini söylədi. Bu gün kim və necə olduğunu onlara borclu olduğunu söylədi. Sevinc Cəbrayılova özü haqqında heç nə danışa bilmədi. İlkin xatirələrində qonşuluğunda yaşayan Nina İvanovnadan danışdı. Uşaq evində müəllimə işləyən Nina hər bazar və bayram günlərində bir-neçə qızı götürüb gələrdi. Onlarla dostluq edərdim. Yay tətillərində onları laqerə göndərəndə çox darıxardım, günləri sayardım, nə vaxt gələcəklər. Hamısının da taleyini ayrı-arılıqda bilirdim. Onları kinoya aparanda eyni model, eyni rəngli paltarlar geyindirirdilər və paltarın arxasında da “Detskiy Dom” yazılırdı. Bu mənim üçün bəlkə də ən böyük faciə idi. Bəlkə anam da o dəftəri ona görə cırmışdı ki, mən o qızlar haqqında yazmışdım. Kövrək hisslər də yəqin o vaxtdan qalıb məndə. İndi də uşaq evlərinə gedəndə uşaqlaşıram. Özümü unuduram. Uşağa çevrilirəm. İnstituta girəndə də maddi vəziyyətimin çətin olmasına baxmayaraq uşaq evlərinə gedirdim. İmkanım nəyə çatıərdısa meyvə, şirniyat və s. alıb onlara aparırdım. Həmişə yardım etmək istəyim mənim maddi durumuma baxmayaraq məni aşıb. Qonşumuzda İlqar adında bir oğlan var idi. Qan xəstəliyinə tutulmuşdu. Həmişə anasına deyərdi ki, Sevinc mənə nə gətirib, gətir yeyim. Halbuk mən yeni ailə qurmuşdum və tez – tez İlqara baş çəkmək imkanım olmurdu. İlqarın anası da zəng vurub deyərdi ki, Sevinc İlqar heç nə yemir, səni soruşur , gəl qapının ağzına setka qoymuşam, götür onu içəri gəl. Mən də onun yanına gedirdim, söhbət edirdik. Mən gedəndən sonra isə anasına deyərdi ki, gətir görüm Sevinc nə gətirib yeyim. İlqar çox yaşamadı. Onu prinçessa Diananın xətti ilə xaricə aparıb əməliyyat da etdilər. Çox gözlədik ki İlqar gələcək, gəldi ancaq İlqar 17 yaşına keçəndə dünyasını dəyişdi. O zamanlar kaşki bizim də Dianna kimi bir şahzadəmiz olaydı. O zamanlar bu arzum yalnız xəyal idi, lakin illər keçdi vətənim , Azərbaycanım müstəqil bir dövlət oldu, Yardım etmək istəyim maddi durumum zəif olduğu üçün yarım qalmışdı. Ancaq Azərcell ə işə düzələndən sonra yarımçıq qalan arzularım həyata keçdi. Sevgidən məhrum insanlara daha çox vaxt ayırıdım. Siz düşünməyin ki, mən bunu kiməsə görə edirəm. Əsla, yox özümə görə edirəm. Mən onlarla mənən dincəlirəm. Qızım Aytən bəzən deyir ki, “ay ana bir az dincəl də. Mən isə deyirəm ki ay qızım o ailələrin mənə ehtiyacı var. Allah bizə yetirirsə biz də başqalarına gərək kömək edək”. Bizə Azərceldən bizə kupon verirdilər ki hardasa yemək yeyək. Mən xarici dillər institutu ilə üzbəuz yerləşən Akvaparka gedərdim. İşimizin internetdə formu var, qızlarla yazışırdıq. Bəzən deyərdilər ki, -“ay qızlar mənim bu ay kuponum qalıb nə edək”. Mən də kuponları yığıb uşaq evlərindən onları akvaparka gətirərdim. Avtobus da tutardım. Düzdü bir az çətin olardı. Süfrağ edən, özünü batıranlar olurdu . hətta bəzən müəllimələrdə narazıçılıq da edirdilər ki, görürsünüz nə oldu. İndi bu uşaqlara nə geyindirəcəyik. Kim yuyacaq? Mən də o hallarda ancaq vəziyyətdən çıxış yolu axtarırdım. Bütün bu çətinliklərə baxmayaraq, onların sevincini görəndə özüm onlardan çox sevinirdim. Orada çox imkanlı ailənin 22 yaşlı qızı vardı. Ağlı normal olmasına baxmayaraq xəstə və sifətdən çox eybəcər olduğu üçün valideynləri evə aparmırdılar. Müəllimələrdən çox o, mənə dəstək olurdu. Akvaparkın admnistratoru Sahib müəllimə müraciət edərdim. Çox mehriban insan idi. Heç vaxt sözümü yerə salmazdı. Hətta çoxlu jeton verərdi ki, uşaqlar istədikləri qədər əylənsinlər. Əlimdə jeton uşaqlarla bütün nə var idisə gəzdirirdim. Bir dəfə belə gəzintilərin birindən qayıdanda müəllim mənə yaxınlaşaraq bir kisə jeton verdi və dedi ki,-bax uşaqlar nə edib. Uşaqlara yaxınlaşıb dedim ki, niyə bunları yığmısınız. Axı onlar sizə əylənmək üçün verilmidi. Uşaqlar da dedilər ki, biz onları xalaya verib əvəzinə pul almaq istəyirdik. Gülməkdən və təssübdən özümü güclə saxladım, Heç bilmirdim nə deyim. Bu qədər jetonu Sahib müəllimə qaytarıb uşaqların dediklərini də dedim. Sahib müəllim təəccüb qarışıq gülümsəyərək,- “Heç mənim ağlıma gəlməzi”-dedi və başını yırğalayaraq getdi. Hal-hazırda İcra hakimiyyətləri ilə birlikdə çalışır Sevinc xanım. Etimad edirlər, inanırlar. İnsanın daxilindəki yaxşılıq, günəşdir, hərarətinə milyonlar isinir. Sevinc Cəbrayılova da belə insanlardandır. Bu yolda ona uğurlar arzulayaq. Sevinc xanımın FB deki səhifəsini izləyirəm hər zaman. Gördüyüm fotoların əksəriyyəti uşaq evlərindən, internatlardan, qocalar evındəki tədbirlərdəndir, eyni zamanda kasıb və kimsəsiz ailələrlə birgə çəkdirdiyi fotolardır. Ən çox diqqətimi cəlb edən isə Sevinc xanımın 2013 – cü ilin hesabat xarakterli “Vot oni “ adlı albomu oldu. Bu, albomda il ərzındə əməliiyatına və müalicəsinə dəstək olduqları uçaqlar haqqında məlumatlar yerləşdirilmışdir – il ərzində 18 uşağa yardım etmışdilər. Bu xanımın xeyriyyə işlərini saymaqla və yazmaqla bitməz. İki qız anası Sevinc Cəbrayılovaya xöşbəxt ana demək olar. Əsas odur ki işimi sevirəm. Hal-hazırda İcra hakimiyyətləri ilə birlikdə çalışır Sevinc xanım. Etimad edirlər, inanırlar. İnsanın daxilindəki yaxşılıq, günəşdir, hərarətinə milyonlar isinir. Sevinc Cəbrayılova da belə insanlardandır. Adı kimi insanlara sevinc bəxş edir.

 

 

   Bu yolda ona uğurlar arzulayaq.

 

 

 

 

    Tahirə Ağasıyeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam