Yenixeber.org: Sənətkarın oğlu Eldar Aslan fikirlərini bölüşüb: “Əvvəlcə onu deyim ki, Səyavuş Aslanın övladı olduğum üçün fəxr edirəm. Allah ona rəhmət eləsin. Azərbaycan xalqının ürəyində ömürlük iz salan sənətkardır. Onun anadan olduğu günü çox məyus duyğularla, kövrək halda yad edirəm. Atasız övlad necə olar? Əlbəttə, ata itkisi bir övlad kimi, mənim üçün çox ağırdır”.

Eldar Aslan qeyd edib ki, hər bir ata kimi Səyavuş Aslanın da arzusu övladlarını xoşbəxt görmək idi:
“Övladlarının yolunda nə lazımdırsa, etdi, atalıq vəzifəsini layiqincə, hətta deyərdim ki, artıqlaması ilə yerinə yetirdi. Amma tale elə gətirdi ki, atamla yanaşı həyatda bütün qazandıqlarımı itirdim”.