ATA....GƏLƏCƏM YUXULARINA..(ESSE)
"Xeberinfo.com": (İntihar edən 12 yaşlı məktəblinin dilindən)
Ata! Mənim intihar etməyim sentyabrın 15-dən bu günə kimi çox söz-söhbətə səbəb olub. Ata, ruhumla sənə yalvarıram. Bağışla məni. Sənin kimi,anamı, bacı və qardaşlarımı da gözüyaşlı qoydum. Bilirəm, heç də düzgün hərəkət etməmişəm. Əziz atam bağışla məni! Haqqını mənə halal et! Ata, mən bir köynəyə, bir məktəbli çantasına görə öz canıma qıymadım. Şükürlər olsun ki, ağlım da yerində olub.Hansı ki, bəzi insanlar məni psixaloji durumumda əngəl olduğunu hesab edir. Ata, amma qəlbim cox kövrək olduğundan, sənin çəkdiyin əzab-əziyyət daima məni düşündürüb. Ata, üzümüzə baxa bilməyən qəmli gözlərini, qabar əllərini görəndə gördüklərimlə barışa bilmirdim. Axı biz elə bir cəmiyyətdə yaşayırıq ki,ailələr, uşaqlar, gənclər belə bir durumla qarşlaşmalı deyillər. Mənim Vətənim nefti, qazı, başqa təbii sərvətləri ilə zəngindir. Amma Allahın öz yaratdıqlarına bəxş etdiyi töhfələr zalımlar əlindədir və bizləri kölə kimi istismar edirlər. Ata, mənim 12 yaşım olmağına baxmayaraq, düşüncələrim əhatəlidir. Ata, zaman-zaman xəyallarımda özümü sənin yerində görməyə başlayırdım. Başa düşürdüm ki, oxumaq istəsəm də, təhsilimi davam etdirə bilməyəcəm. Çünki sosial durum və ailə vəziyyətimiz buna imkan vermirdi. Amma mənim ən böyük arzum alitəhsili bir vətəndaş olaraq çox işlər görmək idi. Qəlbimdəki ən kövrək arzulardan ümdəsi sənə layiqli oğul, savadlı vətəndaş olaraq xalqa xidmət etmək idı. Uşaqlıq xəyallarımın ən uca zirvəsi zaman-zaman mənə və bacı-qardaşlarıma çəkdiyin zəhmətin qarşılığını verib qulluğunda durmaq idi. Ata, yaşlaşan zaman səni şəhzadələr kimi yaşatmaq könlümdən keçirdi. Əfsuslar olsun ki, yaşadığım mühit arzularımın həyata keçməsinə imkan verməyəcəkdi. Ata, nə edim iradəm zəif olduğundan qəlbim həssas olduğundan gücüm özümə çatdı. Lakin bir şeyə təəssüf edirəm ki, əziz atam, anam sizdən halalıq ala bilmədim. Heç kəs məni dardüşüncəli hesab etməsin. Ata, bil ki, mən düzgün hərəkət etməmişəm. Mənim yaşım az olsa da, həmişə şükür etməyi bacarmışam və şükür etməyi daima öz yaşıdlarıma da arzu edirəm. Ata, bilirəm haqsızam. Ən azı mənim üzərimdə olan haqqını yerə vurdum. Öz yaşıdlarıma bir tövsiyyəm var. Heç kəs şeytanın felinə uymasın. Həyatda hər şeyə səbr etmək lazımdır. Bəlkə də dözə bilsəydim qəlbimdəki arzular mənə qucaq açardı.Axı hər şeyi zaman həll edir. Ata, həyatıma vida etməklə, bükülən çiyinlərini daha çox bükdüm, səni gözüyaşlı qoydum. Ağlama atam. Bağılayın, məni bağışlayın! Ata heç vaxt özünü günühkar hesab etmə. Sən günahkar deyilsən. Ata günahkar yaşadığımız mühit və dövürdür. Zamanın ağır məngənəsi imtahan edir bizləri. Kimsə bu imtahandan səbrlə çıxa bilir, çıxa bilməyənlər, iradəsi zəiflər necəki, mənim kimi məngənənin pəncəsində boğularaq məhv olur. Ata, son olaraq sənə yalvarıram. Mənim yoxluğumu özünə dərd etmə ki, balama sentyabrın 15-i günü məktəb bazarlığı edə bilmədim. Ata, sən övladlarını yaşatmaq üçün əlindən gələni etmisən. Ailəmizə bir loxma çörək gətirmək üçün alnının tərini axıtmısan. Sən ataların ən yaxşısısan. Ata, haqqını halal elə, arzuları gözündə qalıb, çiçəyi bununda mələklərə yoldaş olan balana. Məğrur ol Atam. Göz yaşını tökmə,gələcəm yuxularına..
TƏRANƏ ŞƏMS