Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DƏRDİ MƏN QOCALDIRAM!

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:   ( könül pçıltısı yeni)

 

Niyə qocalmırsan deyənlər,
Üstündən yel, sazaq ötmür,
Özünlə necə, həyatla necə,
Bacarmısan deyənlər.
Sözüm sizədir, dinləyin məni,
Mübarizəm, aciz bilməyin məni!
Dərd məni qocaltmır, 
dərdi mən qocaldıram.
Əllərimi Tanrıya,
bax belə ucaldıram. 
Deyirlər dərd insanı çürüdür, qəlbini ürəyini dəyirman tək üyüdür,qışın sazağı tək üşüdür. Sual edən insanlar mən dərdi özümə dost bildim, içməyə zəhər verəndə içdim tost bildim, səbri Allahdan diləyib dərdi xoş bildim. Əgər o mənimsə, mənə ətasa var olan ömrümə xətasa, yenə də onu sevə-sevə qəbul etdim. Çünki Tanrı məni sevirdi, verdiyini bilirdi, verdiklərini alıb qəlbimi ürəyimi təmizləyib sildikcə silirdi. Mən isə dərdlərimin başına dolandım, məni acıtsa da, özümdən qaçırtsa da, əyilməzliyim tən gəldi, mənliyim qüruruma ən gəldi, qorxdu dərdlərim, mənliyimə zühur etdi gözü, könlütoxdu dərdlərim. Odur ki dərdləri, mən qocaldıram dərdlər məni qocaltmır. Dözümüm, iradəm aciz qoydu dərdi-səri, qalmadı qəlbimdə dərd əsəri, rəssam da yarada bilməz könlümdə dərd əsəri. Maraqlıdır, dərdlərim də, əmanət etdi mənə öz acılarını, gözünün yaşını silən bacılarını. Dərdlərimin dərd ortağı oldum, bişmiş aşımın qazmağı, qarası oldum. Nə saraldım, nə soldum, dirçəlib gözlərdə, dildə sözlərə doldum. Acıları yaşadım, yaşatmadım bir kimsəyə yaşdıqlarımı. Öz qəlbim dərd böxcası oldu, əzizləyib oxşadım xonçası oldu. Açılan süfrəmə doldu, baxın olan mənə bax belə oldu. Şerimdə, sözümdə vəsf etdim, yana-yana özümü kəşf etdim, gözəlliyə çevrildi simamda əks etdim. Dərdlərim hakim deyildi mənə. Sadəcə dik baxdım gözünə. O isə düşündü öz-özünə. O ağlatmadı məni, ağlatdım, aldatdım, atdım mən onu. Önümdə səsi, sorağı yox, kəsib tökəsi bıçağı orağı yox. Zamana əyildi məndən qorxdu dərdlərim, düşündü hara nəyə hansı qəlbə ələnim bəs, bunun qədər dözümlü deyil heç kəs. Söylədi dərdim, vəsv edib özlədi dərdim. Dedi: Bağı var, viranədir gül yetirər, Qəlbi var divanədir, yandıqca yanar, odu sönməz kül yetirər, dərdinə baş əyməz yolundan dönməz, yenidən alışar, qor olar sönməz. Baxın, yoluma çıxın baxın, arxamca axın. Dinləyin məni qulağınıza taxın. Dərdi mən qocaldaram, dərd məni qocaltmaz, əyilərsəm mən ona, o məni ucaltmaz. Baxın budur qəlbimin sirri, baxın budur dərdimin sirri. Varmı içinizdə mənim tək düşünən biri.

 

TƏRANƏ ŞƏMS 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam