QALSIN GERİSİ...
"Xeberinfo.com": EH...! Dərin bir ah çəkirəm və üzümü dərdlərimə tutaraq deyirəm. Ey məni çürüdən dərdlərim, kədərlərim, qəmlərim sizdən necə üz döndərim. Sizi qəlbimdən silib hara göndərim.Möhnətim oldunuz, töhmətim oldunuz, olmadınız sevincim, ipə-sapa düzülən, milvari tək bir incim. Dolmuşam buludlar kimi, ağlaram yağışlar kimi, dilim ağı söyləyər, deyilən qarğışlar kimi. Eh! Dərdlərim, dərdlərim, sizsiz keçmir günlərim, oldunuz düşüncələrim. Düşünürəm: Məndə MƏN -İ, vurursan şahanə görkəmdə sən gözümə durursan, kam alırsan verdiyin işkəncədən, çəkdiyim əzabdan. Əzabım, əkilib toxum tək qəlbimə, çürüdür məni hər an, acı-acı söyləyir, həzz alır deyir yan, yan. Yan kül ol! Külün oda qarışsın, dilin sussuz alışsınn, qoy Ürək də danışsın,əzabınla barışsın. Ey zalım Barışsın kimlə ?Danışsın, kimə? Hansı dərdi, könlümə ələnən hansı qəmi, bağışlasın bu ürək əhf etsin, necə deyim, ey ürək at dərdini, at getsin! Acımasız dərdim, birdən allovlanırsan, birdən ocaqsız da yanırsan, hərdən sən, məni də danırsan öz-özünıə qalırsan. Bilmirəm bu gücü-qüvvəni hardan alırsan? Dərd içində ələnən mənəm, körpə uşaq tək, bələnən mənəm, yanan mənəm, yaman mənəm, özümdən qaçıb bezən mənəm, çəkirəm çəkə bildikcə, özümə yükəm, yüküm ağır, baxıb özümə uzaqdan fağır-fağır, nədir bu çəkdiklərin, bəsdir daha cücərtdiklərin. Böyüdülər, yaşınla, başınla böyüdülər, səni dərdinlə öydülər, öz əlinlə döydülər, bölük-bölük böldülər, daşa-divara hördülər.Zaman-zaman səni ağlar gördülər. Ağlama! Bəsdir ta yetər! Sönmüsən: Artıq yanmırsan daha, dərdlərin sənə sipərdi, bitdi,cücərdi, anmırsan daha, Əllərin üzandı üzü dərgaha. Yalvardın, məni yaradan nə imiş günühım, mən də sənin qulunam nədən axı,məni saydın sıradan. Günahım varsa bağışla! Imtahan etmə məni, bağışla, bağışla məni. Qulunam, sevirəm səni. Qovuşacam dərdlərimlə sənin rəhminə. Rəhmlisən bilirəm səni. Köməyim olacaqsan gərəyim olacaqsan,duyuram səni, duyuram səni. Mən olmayan gün, gözəl günlərin olacaq, solacaq bənizim tək dərdlərimdə, xoş gün doğacaq, nə dərd olacaq, nə də sən olacan. Ürəyim də, boşalacaq dərdsiz-qəmsiz qalacaq. Məni sevənlərim varsa, məni anıb, yana-yana yada salacaq. Deyərlər əlbət bir gün,dərd əkib, qəm biçən, dərdi su tək içən vardır birisi. Eh...!Daha yaza bilmirəm,ürəyim üzülüb, dilimdədir kəlmələr sıra-sıra düzülüb, lakin yaza bilmirəm qalsın gerisi...
TƏRANƏ ŞƏMS...21.09.2014.( Könül pçıltısı..)