Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bankirlər Vergilər Nazirliyində əmanətləri müzakirə etdilər

 

Vergilər Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirilib.

"Xeberinfo.com":  Nazirlikdən verilən məlumata görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin başa çatması və Milli Məclis tərəfindən qəbul edilmiş “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunla əlaqədar bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər barədə toplantı iştirakçılarına məlumat verib.
Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılan məsləhətləşmələrin nəticəsi olaraq bildirilib ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərinin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək.
N.Əmirov bunun balanslaşdırılmış bir qərar olduğunu bildirərək, bununla da, bank ictimaiyyətinin üzləşdiyi mühüm bir narahatlığın aradan qaldırıldığını qeyd edib.
Toplantıda iştirak edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bank ictimaiyyətinin mövqeyinin nəzərə alınmasını müsbət dəyərləndirərək, bu qərarın ədalətli olduğunu qeyd etmişdir. R. Orucov qəbul edilmiş qərarlar və əmanətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar məsələlərlə bağlı müştərilərin məlumatlandırılmasının zəruriliyini bank nümayəndələrinin nəzərinə çatdırıb.
Toplantıda bank əmanətlərinin vergiyə cəlb edilməsində yaranan müxtəlif məsələlərlə bağlı bankların səlahiyyətli nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam