Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əmanətlərə vergi tətbiqində qeyri-müəyyənlik

 

Kommersiya bankları əmanətçilərdən gəlir vergisini tutmağa başlayıb.

"Xeberinfo.com":  “Marja”nın məlumatına görə, dekabrın 31-də əmanətlər üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi üçün verilmiş güzəşt müddəti başa çatıb. Eyni zamanda, Milli Məclis banklarda və digər kredit təşkilatlarında fiziki şəxslərin əmanətləri üzrə vergi güzəştlərini nəzərdə tutan qanun layihəsini qəbul edib. Amma bu qanun idiyədək Prezident tərəfindən imzalanmadığından qüvvəyə minmiş sayılmır.

Banklar bildirirlər ki, Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 27 dekabr 2013-cü il tarixli “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müddəti bitdiyindən Vergilər Məcəlləsinə uyğun vergi tutulmalıdır.

Mütəxəssislər bankların haqlı olmaları ilə bərabər, müştərilərin də haqlı olduğunu bildirirlər. Belə ki, əmanətçi ilə bank arasında müqavilə bağlanan zaman əmanət faizindən vergi tutulacağı barədə bənd müqaviləyə daxil edilməyib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanuna” görə, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bu qanun Milli Məclis tərəfindən ötən ilin sonunda qəbul edilib.

Qeyd edək ki, aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2500 manatadək
14 faiz
2500 manatdan çox olduqda
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam