Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Əmanətlərdən vergi tutulmasının yeni qaydaları

 

Azərbaycanda bank əmanətlərindən vergi tutulmasının yeni qaydaları açıqlanıb.

"Xeberinfo.com":  Məlumata görə, dəyişikliklər Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında açıqlanıb.

İclasda “Vergi Məcəlləsi”ndə dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub. Vergilər nazirinin birinci müavini Natiq Əmirov məcəlləyə dəyişikliklər barədə məlumat verib.

O, bildirib ki, ən mühüm dəyişiklik yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə cəlb olunması ilə bağlıdır.

Belə ki, dəyişikliyə əsasən gəlirlərin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

“Əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azaddır. Əmanətlərə görə illik gəliri 500 manatdan çox olan hissədən gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”, – deyə N. Əmirov bildirib.
Millət vəkili Vahid Əhmədov sözügedən dəyişikliyi bir il sonra müzakirə etməyi təklif edib.

Komitənin sədrinin müavini Çingiz Əsədullayev isə Vahid Əhmədovun təklifinin əksinə olaraq ümumiyyətlə güzəştlərin ləğvini daha məqbul hesab edir. Millət vəkilinin fikrincə, əmanətlərin illik gəlirinin 500-dək olan hissəsinin vergidən azad olunması banklar üçün müəyyən problemlər yaradacaq: “Əgər bu dəyişiklik qalarsa, banklar proqram təminatını yeniləməli olacaq”.
Sonda qanun layihəsi Milli Məclisin Plenar iclasında müzakirə olunmaq üçün tövsiyə olunub. /APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam