Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bankda əmanəti olanlara ağır zərbə

 

Vahid Əhmədov: “Əmanətlərdən əldə oluna faizlərin gəlir vergisinə cəlb olunması vətəndaşların banka əmanət qoymasına müəyyən maneə yaradacaq”

"Xeberinfo.com":  Məlumata görə, vətəndaşların banklara və digər kredit təşkilatlarına qoyduqları əmanətlərdən əldə etdikləri faizlər gəlir vergisinə cəlb olunacaq. Prezident Administrasiyasından Milli Məclisə belə qanun layihəsi daxil olub. Ölkə başçısının qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, fiziki şəxslərin əmanətləri 500 manatadək olanda vergidən azad olunacaq, 500 manatdan artıq olanda isə vergiyə cəlb ediləcək. Layihə yaxın günlərdə Milli Məclisin iqtisadi siyasət komitəsində müzakirəyə çıxarılacaq.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Media forum” saytına deyib ki, əmanətlərdən əldə oluna faizlərin gəlir vergisinə cəlb olunması vətəndaşların banka əmanət qoymasına müəyyən maneə yaradacaq: “Çünki banka əmanət qoyanın əsas məqsədi gəlir götürməkdir. İnsanlar faizlərin hesabına müəyyən problemlərini həll edirlər”.
İqtisadçı ekspert Natiq Cəfrərli deyib ki, bank depozitlərinə vergi tətbiq etmək hökumətin xalqın cibinə girərək maliyyə problemlərini həll etməyə çalışmasıdır: “1999-cu ildən Azərbaycanda bank depozitlərindən gələn gəlirlərə görə vergi ləğv edilmişdi. Hökumət gələn ildən bu vergi növünü bərpa etmək istəyir. Gələn bilgilərə görə, vətəndaşların depozitdən gəlirlərinə 10 faiz vergi tətbiq edəcək. Vətəndaşların bank depozitlərindən əldə etdikləri illik gəlir təqribən 500 milyon manatdır, bunun 10 faizi 50 milyon manat edir. Hökumət 50 milyon manata göz tikib.
Əslində bir çox ölkədə bank depozitlərindən gələn gəlirə vergi var, sadəcə, problem odur ki, indiki ağır durumda hökumətimiz ağıllı, uzaqgörən, sistemli, struktur islahatları etmək, bunları müzakirə etmək əvəzinə çox primitiv yol tutur”.
Milli Məclis hər ilin sonunda “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun qəbul edir və sənəd yanvarın 1-dən bir il müddətində qüvvədə olurdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam