Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Lənkəranda Çay festivalı keçiriləcək–Dekabrda

Lənkəranda Çay festivalı keçiriləcək

 

Dekabr ayında ölkəmizdə ilk dəfə olaraq Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək

 

Yenixeber.org: Bu barədə dekabrın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə məlumat verilib. Müşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov festivalın keçirilməsi ilə bağlı hazırlıq işlərindən danışıb. O, nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyini diqqətə çatdırıb.

Şəhər icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çay, çəltik və sitrus meyvələri festivalına hazırlıqla bağlı “Tədbirlər planı”nın icrası barədə məlumat verib. Müşavirədə, həmçinin rayonda baramaçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr də müzakirə edilib.

T.Qaraşov rayonda baramaçılığın yem bazasını yaratmaq üçün ötən il Çindən gətirilərək əkilmiş tut ağaclarının budanması, onlara aqrotexniki qulluğun göstərilməsi, qorunması və yeni tut tinglərinin yetişdirilməsi ilə bağlı ərazi icra nümayəndələrinə və bələdiyyə sədrlərinə tapşırıq və tövsiyələrini verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam