Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lənkəranda ilk çay yığımı bayramla başlayıb

 

 Lənkəran rayonunun İsti su qəsəbəsində “Yaşıl çay” FT MMC-nin çay plantasiyasında 2018-ci ilin ilk çay məhsul yığımının başlanması münasibəti ilə bayram şənliyi keçirilib 

Yenixeber.org:  Şənlikdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, ağsaqqallar, ziyalılar, çayçılıqla məşğul olan digər təsərrüfatların rəhbərləri, əmək kollektivlərinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə öncə rayonda fəaliyyət göstərən çay emalı müəsissələrinin istehsal etdikləri çay məhsullarından ibarət sərgiyə baxış keçirilib və tədbir iştirakçılarına yerli çayların müxtəlif növlərindən dəmlənmiş çay dəstgahı və yerli meyvələrdən hazırlanmış mürrəbbələr təqdim olunub.Lənkəran ŞİH başçısı Taleh Qaraşov bayram tədbirində cıxış edərək rayonda ilk nübar məhsulun yığımı münasibətilə təsərrüfatın əmək kollektivini və şənlik iştirakçılarını təbrik edib xoş arzularını çatdırıb. Natiq Lənkəranda zəngin tarixi ənənələrə malik çayçılığın son illərdə ölkə prezidenti İlham Əliyevin davamlı diqqəti ilə sürətlə inkişaf etdiyini və “Yaşıl çay” fermer təsərrüfatının üzvlərinin bu sahədə böyük əməyi olduğunu diqqətə çatdırıb. İcra başçısı cənab Prezident İlham Əliyevin təsdiq etdiyi çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramının bu gəlirli və mühüm iqtisadi əhəmiyyətli təsərrüfat növünün inkişafına bir daha güclü təkan verəcəyinə, aqrar sahədə sahibkarlığın inkişafına, çoxlu sayda yeni iş yerlərinin açılmasına və bol çay məhsulu istehsalına əlverişli imkanlar yaradacağını vurğulayıb.Şənlikdə çıxış edənlər “Yaşıl çay” FT MMC-nin rəhbəri Araz Yağubov və digərləri ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da kənd təsərrüfatın inkişafına və bu sahədə çalışan zəhmət adamlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam