Redaktor seçimi
Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:
Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”
Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları
“Azərsu”ASC-də daxili çəkişmə və
“Kimdir axı bu Barzani?”
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Günün xəbəri

Vaziani planının gizlinlərindən-Terror qrupları arasında bölüşdürülən Azərbaycan sərhədləri

      

 

Xüsusən neft kontraktlarının keçdiyi bir ərazidə və yaxud bağlanmış neft müqavilələrinin həyata keçdiyi bir vaxtda “İŞİD”-in Pankisi dərəsinə sürüklənməsi də bizi ciddi düşündürməlidir.

 

 

 

 

  

Yenixeber.org: Terror generalı Bağdadinin (“İŞİD” terror təşkilatı) imzası ilə nəşr olunmuş “Sərhəd” qəzetinin 6-cı səhifəsində Azərbaycan sərhədləri haqqında nəşr olunaraq terrorçular arasında yayılan yazılarda iddia olunur ki, ABŞ Dövlər Departamenti və ona dəstək olan Mərkəzi Kəşfiyyat İdarəsi həmin sərhədlərin tikanlı məftillərini tezliklə qıracaq. (?).

Belə bir sual çıxır: - bütün bunlar nədir? Xəbərdarlıq, yoxsa strateji bir hiylə?

Qayıdaq Gürcüstandakı Vaziani hərbi bazasında (NATO-ya məxsus hərbi baza) ABŞ-ın vitse-prezidenti M. Pensinin keçirdiyi yığıncağa və ümumən Qafqaz regionlarında dinzəlmək, gəzib-dolanmaq adı ilə gözləmə mövqeyində dayanan “İŞİD”çilərə.

O “işidçilərə” ki, onlara Azərbaycanın Şimal bölgələrini, İmişli, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Astara-Lənkəran yaşayış (sərhəd) məntəqələrini gəzib-dolanmağa, “turist” adı ilə gecələməyə

                                              Şans verildi...

Məlumata görə Azərabycan sərhədləri Vazianidə “İŞİD” terror təşkilatının strateqləri arasında param-parça bölündü. ABŞ Dövlət katibi M. Pens Azərbaycan sərhədlərini “İti bıçaq, keçilməz sədd” adlandırdı. Vaziani də RF-Azərbaycan, İran-Azərbaycan, Ermənistan-Azərbaycan, Gürcüstan-Azərbaycan, Türkiyə-Azərbaycan... sərhəd yaşayış məntəqələrinə Suriyadan, İraqdan, eləcə də Avropa ölkələrindən təşrif gətirən və gözləmə mövqeyində olan “işidçilər” müzakirə olundu. 2013 km olan Azərbaycan sərhədləri hissə-hissə təhlil olundu.

Mataqlıdır ki, məlumata görə ABŞ sputnikləri vasitəsilə çəkilən Azərbaycan sərhədləri, gömrük keçid məntəqələri təhlil olundu.

Vaziani hərbi bazasında ABŞ-ın vitse-prezidenti M.Pensin sərhədlərimizə qarşı sərt mövqedə dayanmasına biz ciddi yanaşmalıyıq və ölkə başçısı cənab İlham Əliyev üçün bununla bağlı ciddi “Xüsusi Arayış” hazırlanmalıdır. Sual olunur: Başinqton  Azərbaycan sərhədçilərindən nə istəyir? Açıq və sakit keçilən sərhəd “İŞİD”çilər üçün toxunulmaz keçid məntəqələri?

Məlumata görə indiyədək Azərbaycan sərhədçiləri sərhədlərimizi qeyri-qanuni keçmək cəhdində olan (son iki ilin məlumatına görə) 456 nəfər “İŞİD” terrorçularını geri qaytarıb. Məhz bundan sonra cənab M. Pens Vaziani yığıncağında (təəssüf ki, həmin yığıncaqda azərbaycanlılar da olub) məsləhət görüb ki, “İŞİD”-çilər Ermənistan ərazisində müvəqqəti məskunlaşsınlar və oradan da Axalkalaxi yolu vasitəsilə Gürcüstana, oradan da onlar üçün nəzərdə tutulan Pankisi dərəsinə getsinlər.

Vaziani də keçirilən Amerikasayağı yığıncağın ikinci günündə də ABŞ-ın vitse-Prezidenti Azərbaycan sərhədçilərini hədəfə götürdü. Amma əbəs yerə. Çünki Azərbaycan sərhədləri nəzarətsiz və kimsəsiz deyil. Onu keçmək mümkün
deyil. (Sərhədlərimizin Beynəlxalq Terror Təşkilatlarının üzünə möhkəm bağlanması, sərhədçilərimizn möhkəm iradəsi, əyilməzliyi BMT-nin komissiyalarında da sələndi. Amma nə Azərbaycan mətbuatı, nə də digər KİV-i, Radio TV-kanalları bütün bunları təbliğ etməkdən vaz keçdilər,

ABŞ-ın vitse-prezidenti M.Pensin yolunu tutdular). Nəticədə Azərbaycan sərhədlərini keçməyə cəhd edən və Vaziani ərazisində məskunlaşan “Ali Şura Məclisi” terror qrupunun (Əfqanıstan. 2015-ci ildə “İŞİD”ə qoşulub) rəhbərlərindən olan Ramazan Abdulla, Qafqaz İslam Universitetinin başçısı, “Camaat” islam batalyonunun lideri Adallo Əliyev, 2014-cü ildən “İŞİD”in əsas qollarından birinə - “Azərbaycan xəritəsi”nə başçılıq edən və “Şəhid” qrupunun yaradıcısı Yasinəs-Sirri, “Terrorçu qrup” adı ilə 2000-ci ildə Böyük Britaniyada yaradılmış “İŞİD” təşkilatının bir qoluna başçılıq edən Əhməd Rəssam, 2016-cı ilin əvvəlindən “İŞİD”-ə daxil olmuş , “Xalq İslam Hərəkatı”nın başçısı Əbdülkərimov və əlavə 14 nəfər qeyd etdiyi Pankisi dərəsində təlimat gözləyirlər.

Yenə belə bir sual çıxır: amerikalıların təhrikilə Pankisi dərəsinə (Gürcüstan) yığışmış “İŞİD”çilərin məqsədi nədir? Xüsusən neft kontraktlarının keçdiyi bir ərazidə və yaxud bağlanmış neft müqavilələrinin həyata keçdiyi bir vaxtda “İŞİD”-in Pankisi dərəsinə sürüklənməsi də bizi ciddi düşündürməlidir.

 

 

 

Azərbaycan sərhədçiləri ölkənin təhlükəsizliyinin əsas təminatçılarından biri kimi dayandı. Onu nə pulla, nə hər hansı bir sərvətlə,... ələ almaq mümkün olmadı...

Amma ABŞ-ın vitse prezidenti cənab M.Pens və Vaziani qrupunun başçıları cəhd edirlər ki sərhədçi general Elçin Quliyevi sıradan çıxarsınlar. (Qəribəsdir, hətta namizədləri də var). Amma bu mümkün olan məsələ deyil. Azərabaycan sərhədləri ləkə götürmür.

Bizim strateji mərkəz Vazianidə (NATO hərbi bazasına baş verənlərlə bağlı kifayət qədər materialımız da var). bölünmüş Azərbaycan sərhədlərilə bağlı olan maraqlı məlumatlarımız isə daha ciddi təhlükələrdən xəbər verir. Bilirsiz ki, NATO-nun quru yolu Gürcüstandan keçir... Qara dənizdə isə “İŞİD” terrorçularına motorlu hərbi, sərhəd qayıqlarının, gəmilərin idarə olunması istiqamətində qapalı təlimlər keçirilir. Bu məsələ Azərbaycan üçün təhlükəli məsələ kimi diqqətdə qalmağı fikrimcə məsləhətdir.

“İŞİD”-in – Pankisi dərəsinə soxulan və tədricən orada məskunlaşan terrorçuların (“İŞİD”-də - 48 beynəlxalq terror təşkilatlarının imzası var). Xəzər dənizində peyda olması da gündəmə gələ bilər...

Yadıma P.Napoleonun özünün Xarici İşlər Naziri təyin etdiyi Taleyranla kiçik Söhbəti yadıma düşür... Ölən əsgər üçün qazılmış boş qəbirə girən Taleyran bir neçə dəqiqə boş qəbirdə uzanır. Heyrətə gələn Napoleon soruşur:

- Sən nə üçün boş qəbirdə uzandın?

Taleyran:

- Mən hər cür əzabı görmüşəm. İstəyirəm qəbir əzabını da görəm...

Fikrimcə Azərbaycanda və onun sərhədlərində hər cür oyundan çıxan Amerikalılar və ölkənin vitse-prezidenti M.Pens heç olmasa şəhidlər üçün qazılmış boş qəbirlərdən birinə girsin... Bu məsləhətdir. Daha bəsdir,  Dövlət Departamentində ayağını yerə döydüyün: “...Biz Azərbaycan sərhədlərində işləyə bilmirik... General Elçin Quliyev getməlidir...” O, hara getməlidir, cənab Pens? İndi fikirləşin. Görün qalib kimdir, məğlub kim?

Rövşən Novruzoğlu

 

Orduda və digər hərbi qurumlarda Terrora və Korrupsiyaya qarşı Strateksi Araşdırma Mərkəzinin direktoru  


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr