Azərbaycan İncirliklə (Türkiyə) Vaziani (Tbilisi) arasında:TƏFSİLAT
Saakaşvili yenidən Gürcüstana qayıdacaq, NATO-nun Vaziani hərbi bazasında peyda olacaq
M.Pens iddia edirdi ki, Azərbaycan sərhədlərini amerikalılara vermək lazımdır, general Elçin Quliyev bizə mane olur
"Qaçqınkom"un sədri Əli Həsənovu, general Elçin Quliyevi yetirmək üçün Azərbaycana nə az, nə çox 50 il lazımdır
Yenixeber.org: Avropa Şurası Lənkərana 13,6 milyon avro ayırdı... Maraqlıdır. Nə üçün Astaraya, İmişliyə, Culfaya... Maştağaya, Nardarana... yox... məhz Lənkərana? Fikrimcə bu puldan 20 dəfə çox artıq milyonçu Mübariz Məsimov da öz vətəninə ayıra bilərdi. Niyə məhz Avropa Şurası?..
Lənkəran xarici kəşfiyyat orqanlarına xidmət edən maliyyə ekspertlərini gözləyir.
Həmin gün də Tbilisidə NATO-nun Vaziani hərbi bazasında İran məsələsi müzakirə olunurdu.
Beynəlxalq İnkişaf Bankı Qarabağa (Ermənistan sənədlərilə) 25 milyon dollar ayırdı.
Həmin gün Rusiyanın MN ilə, Erəmənistan MN-yi arasında qoşun kontingentlərinin birləşməsi haqqında sənəd imzalandı.
Həmin gün də NATO-nun Vaziani hərbi bazasında Azərbaycanın bölünməsi məsələsi müzakirə olunurdu. Məlumata görə qərara alındı ki, “Gələcək Azərbaycan” adlı bir partiya da yaradılsın. (?)
Yeni tarixdə “Beynəlxalq sistem” anlayışının yaranışı – yəni Vestfal sülh müqaviləsi (1648-ci il) cəmisi 150 il yaşadı. Sonra Napoleon müharibəsi dünyanın geosiyasi xəritəsini dəyişdi. Vena konqresi yeni Beynəlxalq sistem xəritəsini ortaya qoydu. Bu sistem də Birinci Dünya Müharibəsinədək davam etdi. Dünya müharibələri cərgəsində buna “Versal sistemi” dedilər. Nəticədə Yalta və Patedam konfransları yeni bir sistemin əsasını qoydu.
Yaranmış bu sistemlərdə Azərbaycanın, Gürcüstanın və Ermənistanın görünən və görünməyən tərəfləri xarici kəşfiyyat mərkəzlərində, strateji institutlarda geniş təhlil olundu. Qərb bə Avropa bu aspektdə özünün yeni bir xəritəsini yaratdı: “Qafqaz regionu” Kəşfiyyat generallarının, Dövlət Departamentinin əməkdaşlarının, Ağ Evin və digər Prezident Saraylarının, Konqresmenlərin və Millət vəkillərinin... otaqlarındakı siyasi xəritələr dəyişdi və həmin coğrafi-siyasi xətirələr bir adla oxundu: “Qafqaz regionu”...
Vaşinqton Türıkiyədəki NATO – hərbi bazasında hazırlanmış Fətullah Gülən faktorunu uduzduqdan sonra, Tbilisidəki NATO-nun Vaziani hərbi bazasına tərəf yeridi. (Baxmayaraq ki, Azərbaycanda Fətullah Gülən faktoru hələ qalır. O, reanimasiyada deyil, reanimasiyadan çıxıb).
Baxın: Vaziani NATO hərbi bazasına qədər Gürcüstanda üç hakimiyyət biri-birini əvəz etdi. Hər hakimiyyət də inqilabi yolla baş tutdu:
1.3. Qamsaxurdiyanın və “Dəyirmi Masa”nın hakimiyyəti.
2.3. Hakimiyyətin devrilməsi və E.Şverdnadzenin hakimiyyətə gəlməsi.
3. E.Şverdnadze hakimiyyətinin aradan getməsi, M.Saakaşvili hakimiyyətinin formalaşması.
Bu gün nə Z.Qamsaxurdiya var, nə də E.Şverdnadze. Amma M.Saakaşvili hələ də siyasi meydandadır. Saat əqrəbi kimi fırlanır. Və günün birində NATO-nun Vaziani hərbi bazasında peyda olacaq. M.Saakaşvili yenidən Gürcüstana qayıdacaq.
Onun qayıtması ərəfəsində Ermənistan hərbi qoşun kontingenti RF-nın qoşun kontingetilə birləşdi və bu birləşməni həm Ermənistan və həm də RF parlamentləri ratifikasiya etdi.
Bəs biz? Görən NATO generalları Tbilisidən 25 km aralı salınmış, vaxtilə Ruslara məxsus 137-ci hərbi bazada Azərbaycan Xəritəsini necə böldülər?
Maraqlıdır ki, Azərbaycan xəritəsi bölünəndə ABŞ kəşfiyyat generalı Maykl Pens o xəritənin başında dayanmışdı. Cənab M.Pens NATO-ya məxsus hərbi bazada Azərbaycanı Şimala, Cənuba, Şərqə və Qərbə böldü. Qaldı Bakı (Abşeron)... ,Onu insafa gəlib, bizə saxladı. (?)
Beləliklə ABŞ kəşfiyyat generalı M.Pens Müstəqil Azərbaycaşnı bölüb, parçaladı. Və xatırlatdı ki, hələ iki il öncə Azərbaycanın Cənub bölgəsində yaşayan əhalinin 210 min nəfəri könüllü olaraq (?) öz imzalarını İran Parlamentinə göndərdilər ki, biz Sizinlə birləşmək istəyirik (?) İran Parlamenti də bu məsələni xəlvəti olaraq ratifikasiya etdilər.
Daha sonra Azərbaycanın Şimal bölgəsindən isə 180 min əhali öz imzalarını Rusiya Dumasına həvalə etdilər ki, Siz də bizi götürün, birləşmək istəyirik. Rusiya Duması da bu məsələni iranlı həmkarları kimi ratifikasiya etdilər.
Onda – Cənab M.Pens danışanda Bakıda başqa məsələ barəsində danışırdılar. Danışırdılar ki, Prezident “Qaçqınkom”un sədri Əli Həsənovla, sərhəd xidməti komandanı, General Elçin Quliyevi – iki qohumu istefaya göndərəcək... Övladları avtomobil qəzası törədiblər (?)
Məsələn cənab M.Pens Vazianidə iddia edirdi ki, nəyin bahasına olursa, olsun general Elçin Quliyevin əlindən sərhəd nəzarətini almaq lazımdır. (Bu həyasızlıq idi).
Bizim mətbuat da ona dəstək verib, yazırdı: “...Vəssalam. General Elçin Quliyev işdən uzaqlaşdırılacaq...” Məsələn, cənab M.Pens iddia edirdi ki, “Qaçqınkom”un səlahiyyətlərini əlindən alıb, dağıtmaq, qaçqınları, torpaqlarını, yurdlarını itrimişələri Vaşinqtondan asılı vəziyyətə salmaq lazımdır. (Bu isə lap həyasızlıq idi). Bizim mətbuat və saytlar isə yazırdılar ki, “Qaçqınkom”un sədri Əli Həsənovun əlindən otağının açarını alıblar. (Bunu nə adlandıraq, bilmirəm).
Məsələn cənab M.Pens iddia edirdi ki, Azərbaycan sərhədlərini amerikalılara vermək lazımdır. General Elçin Quliyev bizə mane olur. (Bu da bir abırsızlıq).
Bizim mətbuat isə yazırdı: “...General Elçin Quliyev qohumunun törətdiyi avtomobil qəzasına görə işdən uzaqlaşdırılacaq...” (Bu da bizim mətbuatın abırsızlığı).
Müqayisə edin: Baxın görün Tbilisidə NATO-nun Hərbi Bazasında genaral M.Pens nə danışır, bizim mətbuat və saytlar nədən danışır.
Bunu da xatırladım ki, Qaçqınkomun sədri Əli Həsənovu, general Elçin Quliyevi yetirmək üçün Azərbaycana nə az, nə çox 50 il lazımdır. ABŞ-ın Kəşfiyyat generalı cənab M.Pens bunu yaxşı bilir. Onlara gücsüz və aciz adamlar lazımdır ki, istədiklərini etsinlər. Məhz bu baxımdan “Qaçqınkom”un sədri Əli Həsənov və Sərhəd Xidməti komandanı general Elçin Quliyev NATO-nun Tbilisidəki Vaziani hərbi bazasında Azərbaycanın taleyilə bağlı keçirilən məxvi müşavirədə ABŞ Dövlət katibi, kəşfiyyat generalı M.Pensin çıxışında əsas mövzulardan biri oldu... (?)
Heç olmasa, cənab Prezidentin Sizlərə - Siz qələm sahiblərinə verdiyi, bağışladığı evlərədən utanın... Yaşadığınız, aldığınız mənzillərin eyvanlarından Tbilisi, Vaziani görünürmü?
Bütün bunlar bir yana, ABŞ-ın Bakıdakı səfirliyi görünürmü, cənablar?..
Beləliklə M.Saakaşvili Polşadakı qısa təlimatdan sonra Gürcüstana qayıdır... Lakin cənab M.Pens bilsin ki, Azərbaycanı dağıtmaq üçün, onu viran etmək üçün onun başına yığışan azərbaycanlılardan heç biri Bakıya qayıda bilməyəcək. Çünki Azərbaycanın güclü, iradəli, xalqını sevən Prezidenti var...
Çünki Azərbaycanın insanları bir yerə yığan, onları sevən Birinci Vitse Prezidenti var... O biri tərəfdən də fikrimcə millətin NATO-nun Vaziani Hərbi Bazasında Azərbaycana qarşı hazırlanmış çevrilişdən, dağıdıcı planlardan xəbəri olmalıdır. Çünki Azərbaycanın möhtəşəm Milli Təhlükəsizlik sistemi də məhz ilk dəfə Tbilisidəki NATO-nun hərbi bazasında müzakirə edilib.
Rövşən Novruzoğlu:
Orduda, və digər hərbi qurumlarda terrora və korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru. Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert.