Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstanda NATO təlimləri keçiriləcək

 

İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək.

Yenixeber.org: APA-nın “www.newsgeorgia.ge”-ə istinadən verdiyi məlumata görə, “Layiqli tərəfdaş 2017” hərbi təlimləri avqustun 12-dək davam edəcək. Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.

Təlimlərdə Almaniya istehsalı "GTK Boxer" zirehli transportyor, ABŞ istehsalı olan "Abrams" tankları, "Bradley" и "Stryker" piyada maşınları və "C-130" hərbi təyyarələrindən istifadə olunacaq. Təlimlər "Norio" hərbi bazasında da keçiriləcək.

Gürcüstanda üçüncü dəfə keçiriləcək “Layiqli tərəfdaş 2017” hərbi təlimlərinin əsas məqsədi sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə NATO ölkələri arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Hərbi təlimlərin açılışında ABŞ vitse-prezidenti Mayk Pensin iştirak etməsi gözlənilir.

M. Pensin Gürcüstan prezidenti Georgiy Marqvelaşvili və baş nazir Georgiy Kvirikaşvili ilə görüşlər keçirəcəyi bildirilir.

M. Pens Gürcüstana Avropa turnesi çərçivəsində səfər edəcək. O, Estoniya və Monteneqroya da səfər edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam