Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiyaya tərəf atəş, Ermənistan hərbçilərinin iştirakı ilə...

 

Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Noble partner” (“Layiqli tərəfdaş”) hərbi təlimləri çərçivəsində döyüş atışları həyata keçirilib.

Yenixeber.org gürcü KİV-lərinə istinadən xəbər verir ki,təlimlərin bu mərhələsində ağır döyüş texnikası atəş mövqeyinə çıxarılıb, NATO generallarının müşahidəsi altında şərti hədəflərə zərbələr endirilib.

“Noble partner” hərbi təlimləri avqustun 12-nədə davam edəcək. Təlimlər Vaziani və Norio poliqonlarında keçirilir. Bu ilki təlimlər öz miqyası ilə fərqlənir. Orada NATO və tərəfdaş ölkələrin 2.8 minən çox hərbçisi iştirak edir. Tərəfdaş ölkələrdən təlimlərə Ermənistan və Ukrayna qatılıb. Ermənistanın təlimlərə 100-dən çox hərbçi göndərdiyi bildirilir. Azərbaycan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etmir, rəsmi Bakı bu addımın səbəblərini şərh etməyib.

Təlimlərə cəlb etmək üçün gəmilərlə Gürcüstana Almaniya ordusunun GTK Boxer zirehli transportyorları, Amerika ordusunun “Abrams” tankları və “Bredli” və “Stryker” zirehli döyüş maşınları gətirilib. 

Bundan əvvəl təlimlərin artilleriya döyüş atışları mərhələsi keçirilmişdi. Təlimləri izləmək üçün Amerika ordusunun bir neçə generalı Gürcüstana gəlib. Təlimlərin açılışında ABŞ vitse-prezidenti Maykl Pens də iştirak etmişdi.

Bu təlimlər Rusiyanın Ukrayna, Gürcüstan və Baltik ölkələrinə qarşı mümkün hərbi təhdidlərinə cavab olaraq təşkil edilir. Rusiya onun sərhədləri yaxınlığında keçirilən NATO təlimlərini həmişə aqressiv qarşılayıb. Lakin bu dəfə məsələnin diqqəti cəlb edən tərəfi budur ki, faktiki olaraq Rusiyaya qarşı yönəlmiş NATO təlimlərinə onun Cənubi Qafqazdakı forpostu Ermənistan da fəal şəkildə qatılıb. Bu, Ermənistanın son zamanlar NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirməyə yönəlmiş ciddi səyləri ilə bir vaxtda baş verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam