Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Alimlər depressiyaya qarşı lampa hazırlayıblar

Alimlər depressiyaya qarşı lampa hazırlayıblar

 

Yenixeber.org: Tomsk İdarəetmə Sistemləri və Radioelektronika Universitetinin tədqiqatçıları insanlara depressiya vəziyyətindən çıxmağa kömək edən lampa hazırlayıblar.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, bu cihaz depressiyanın öhdəsindən gəlməyə imkan verməklə yanaşı, insanın iş qabiliyyətini hiss olunacaq dərəcədə artırır. Xüsusi lampa gözün torlu qişası vasitəsilə insanlar tərəfindən qəbul edilən və beyinin ritmlərini stimullaşdıran parıltı yaradır. Alfa-ritmlər (8-14 Hs) emosional vəziyyəti, beta (14-40 Hs) ritmlər isə iş qabiliyyətini normallaşdırır. Beyinin uğurlu stimulyasiyası üçün seans təxminən on dəqiqə davam edir. Cihaz öz təyinatı üzrə istifadə olunmursa, o, adi işıqlandırma lampası kimi xidmət edə bilər.

Hazırda cihazın sınaqları keçirilir, adi işıqlandırma və gün işığının cihazın işinə mane olub-olmadığı araşdırılır. Layihənin bir il ərzində yekunlaşdırılması və satışa çıxarılması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam