Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ATU-nun Tədris-Terapevtik Klinikasında daha bir yenilik

 

 

   "Xeberinfo.com": Bir neçə ay bundan əvvəl Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında hematologiya şöbəsi fəaliyyətə başlayıb. Bu şöbə universitetin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü sayəsində yaradılıb. Tədris-Terapevtik Klinikanın hematologiya şöbəsinin həkimi Valeh Hüseynovun dediyinə görə, burada xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərilir, onlara müasir avadanlıqların köməyi ilə daha dəqiq diaqnoz qoyulur, müalicə təyin edilir: “Hazırda dünya təbabətinin əsas hədəflərindən biri hematoloji xəstələrin yüksək səviyyədə müalicə almasını təmin etməkdir. Bunlardan biri də yüksək dozalı kimyəvi preparatlarla müalicə fonunda xəstələrə sümük iliyinin və ya periferik qandan kök hüceyrələrinin köçürülməsidir. Bunun üçünsə hematoloji şöbədə yardımçı bölmələr olmalıdır”. V.Hüseynov bildirir ki, artıq ATU-nun Tədris-Terapevtik Klinikasındakı hematologiya şöbəsindən belə bölmə - aferez bölməsi mövcuddur. Bunun üçün Klinikaya Belçikanın “Terima” şirkətinin müvafiq avadanlığı gətirilib. Bu qurğuların köməyi ilə Azərbaycanda ilk dəfə olaraq xəstələr üçün trombosit kütləsi toplanılacaq. Eyni zamanda, bu cihazın vasitəsilə gələcəkdə periferik qandan kök hüceyrələrini toplayıb xəstələrə kök hüceyrə köçürə biləcəyik. Bu da bizim qarşıdakı hədələrimizdən biridir”.  Qeyd edək ki, trombositləri toplamağa imkan verən belə cihaz regionda ilk olaraq ATU-nun Tədris-Terapevtik Klinikasında quraşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam