Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İnsanın əhval-ruhiyyəsini tənzimləyən neyron çipləri yaradılıb

İnsanın əhval-ruhiyyəsini tənzimləyən neyron çipləri yaradılıb

 

Amerikalı hərbçilər tərəfindən maliyyələşdirilən alimlər insanın əhval-ruhiyyəsinin avtomatik idarə olunması üçün sistem hazırlayıblar. Sistem avtomatik rejimdə beynin aktivliyini izləyir və onun işində xroniki depressiya və başqa psixi pozuntular doğuran nasazlıqları aradan qaldırır

 

Yenixeber.org: Beynin dərin stimulyasiyası yeni yanaşma deyil. Beynin iş fəaliyyətini dəyişən impulslar buraxan kəllədaxili implantlar Parkinson xəstəliyinin müalicəsində uğurla tətbiq edilir, ancaq əhval-ruhiyyə pozulmaları ilə mübarizədə eyni prinsipi tətbiq etmək cəhdləri indiyədək uğursuz olub.

Yeni implantlar insanın əhval-ruhiyyəsini idarə etmək üçün xüsusi hazırlanıb və daimi deyil, yalnız lazım olduqda işləyirlər. Bundan başqa, terapiyaya hazırlıq çərçivəsində həkimlər müəyyən aktivlik tiplərini əhval-ruhiyyənin pisləşməsi ilə tutuşdurmaq üçün könüllülərin beyninin aktivliyini və əhval-ruhiyyəsini qeydə alıblar. Bundan sonra sistem elə tənzimlənib ki, stimulyasiya yalnız "pis" aktivlik qeydə alındıqda işə düşsün.

Ekspertlərin fikrincə, belə "fərdiləşdirilmiş" və beynin müəyyən siqnallarına cavab olaraq aktivləşdirilən stimulyasiya dərman və psixoterapiya müalicəsi çətin olan xəstələrə kömək edə bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam