Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Yol polisi cəriməsi olan sürücülərlə bağlıSƏRT YOLA əl atdı

 

Yenixeber.org: Azərbaycanda sürücülərin əksəriyyəti barələrində tərtib olunmuş protokollar üzrə cərimələri vaxtında ödəmir. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, indiyədək ödənilməyən cərimələrin miqdarı 50 milyon manata çatıb. Son illər sürücülər cərimələri ödəməkdən daha çox yayınırlar. Dövlət Yol Polisi bunu nəzərə alaraq cərimələri vaxtında ödəməyən sürücülərə qarşı sərt addım atıb. Modern.az saytı Avtosfer.az-a istinadən xəbər verir ki, artıq Azərbaycana yeni xüsusi cihaz gətirilib. Bu cihaz xüsusi avtomobildə quraşdırılır və yaxınlıqdan keçən avtomobillərin nömrə nişanının dərhal oxuyur. Nəticədə avtomobilə aid ödənilməmiş cərimələrin olub-olmadığı dərhal üzə çıxır.
DYP bu cihazı yaxın günlərdə işə salacaq. Artıq sınaq tədbirləri görülür. İlk olaraq bu cihazlardan Bakıda istifadə edilməsi nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov belə bir cihazın alınıb ölkəyə gətirildiyini təsdiq edib: 

“Bu cihaz müasir cihazdır və cəriməsi olan nəqliyyat vasitələrini dərhal qeydə alır. Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə və avtomobil sahiblərinə müraciət və xəbərdarlıq edirik ki, cərimələri və faizləri vaxtında ödəsinlər. Əks halda həmin cihaz vasitəsilə aşkar olunan avtomobillər saxlanılacaq və cərimə meydançasına aparılacaq. Qanunvericilikdə də qeyd olunur ki, cərimə bir ay ərzində ödənmədikdə üzərinə faiz gəlir. İki ay ərzində ödənməsə avtomobilin saxlanılması barədə qərar çıxarılır. Üç ay ərzində ödənilmədikdə isə avtomobil cərimə meydançasına aparılmaqla yanaşı, həmin xətanı törətmiş şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Dövlət yol polisi də qanunun tələblərinə uyğun olaraq və yeni xüsusi cihazın köməyi ilə cərimələrin ödənməsini təmin etməyə çalışacaq. Yaxın günlərdə həmin cihazdan istifadə edəcəyik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam