Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Depressiyaya ən güclü dərman sevgidir

Depressiyaya ən güclü dərman sevgidir

 

Yenixeber.org:   Depressiya bugünkü cəmiyyətlərdə çox geniş rast gəlinən, güclü mənfi təsiri olan, buna görə də “dövrümüzün vəbası” olaraq adlandırılan xəstəlikdir. İnsanın fiziki və ruhi sağlamlığını, iş və ailə həyatını, sosial münasibətlərini məhdudlaşdıran, onu gündəlik işlərini edə bilməyəcək vəziyyətə gətirən bir problemdir. Bu problem insanın düşüncələrinə, duyğularına, davranışlarına, qidalanmasına, yuxusuna, işlərindən insanlarla münasibətlərinə qədər həyatının hər mərhələsinə mənfi təsir göstərir. Varlı-kasıb, gənc-yaşlı, qadın-kişi demədən hər kəsi hədəfinə alır.


Belə ki, depressiya yüksək təhsilli, gülərüz, optimist, nəzakətli, ailəsi və ətrafındakı insanlar tərəfindən dəyər verilən, rahat həyat tərzi sürən, incəsənətə önəm verən, demək olar ki, həyatda istədiyi hər şeyi əldə etmiş gözəl bir xanımın həyatını da fəlakətə çevirə bilər. Eləcə də ağıllı, müvəffəqiyyətli, zəngin, çalışqan, iddialı, dünyagörüşlü, öz karyerasını qurmuş gənc bir iş adamının həyatını da alt-üst edə bilər.


İnsanların əksəriyyəti qeyd olunan xüsusiyyətlərə sahib insanların psixoloji xəstəliyə tutula biləcəyini ağlına belə gətirə bilmir. Halbuki yaşadıqları depressiya ilə bağlı həyat hekayələrini danışanlar arasında çox sayda belə insana rast gəlmək mümkündür.  


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2017-ci il tarixli son hesabatına görə, dünyada 322 milyon insan, yəni təxminən dünya əhalisinin 4,4  faizi depressiyadan əziyyət çəkir. Bu rəqəm depressiyanın dünyada nə qədər geniş yayıldığını göstərir. Ümumdünya Səhiyyə Təşkilatı məsələnin ciddiliyinə diqqət çəkmək üçün bu il 7 Aprel Dünya Sağlamlıq Gününü depressiya mövzusuna həsr edib.


Hesabatdakı bəzi statistik məlumatlar məsələnin dərinliyinin hansı həddə çatdığını anlamaq baxımından vacibdir. Depressiyanın müasir cəmiyyətlər və inkişaf etmiş ölkələr də daxil olmaqla, bütün dünya səviyyəsində artdığını görürük. Belə ki, 2005-ci il ilə 2015-ci illər arasındakı 18,4 faiz artım olmuşdur. Bu olduqca yüksək səviyyədə bir artımdır. Depressiya qadınlar arasında (5,1%) kişilərə nisbətən (3,6%) daha geniş yayılmışdır. Qadınlar bu xəstəliyin səbəb olduğu mənfi təsirlərdən daha çox təsirlənirlər. Həmçinin gənclərə nəzərən yaşca böyük insanlarda bu xəstəliyə tutulma faizi daha yüksəkdir; belə ki, bu xəstəlik ən çox 55-74 yaş arası insanlarda rast gəlinir. Həmin hesabatdakı məlumatlara görə, ölümcül olmayan xəstəliklər arasında ən çox sağlamlığın itirilməsinə səbəb olan xəstəlik qrupu depressiv pozuqluqlardır. 


Narahatlıq doğuran digər bir məsələ isə depressiya əleyhinə dərmanların satışındakı rekord artımıdır. Bu dərmanlar sanki qida kimi istehlak edilir. ABŞ Milli Səhiyyə Statistika Mərkəzinin (NCHS) bir araşdırmasına görə, 1988-1994-cü illər arasındakı dövrlə 2005-2008-ci illər arasındakı dövrü müqayisə etdikdə, bu ölkədəki antidepresant dərmanların istifadəsinin bütün yaş qrupları üzrə artım nisbəti təxminən yüzdə 400-dür. Həmçinin ABŞ-da ən çox istifadə edilən reseptli dərmanlar arasında birinci sırada antidepresantlar öz əksini tapır.


Qəm, kədər, bezginlik, laqeydlik, rahatsızlıq, çarəsizlik, ümidsizlik, əsəbilik, gərginlik, boşluq, və günahkarlıq hissləri, qayğılar, narahatlıqlar və müxtəlif fiziki problemlər çox zaman depressiyanı müşayiət edir. Ən təhlükəlisi isə növbəti mərhələlərdə xəstənin zehnini məşğul etməyə başlayan intihar düşüncəsidir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, depressiya intihara sürükləyən başlıca faktordur. Xüsusilə, hər il milyonlarla insanın intihara təşəbbüs etməsi, onlardan təxminən 800 min nəfərin həyatını itirməsi vəziyyətin dəhşətini göstərən əlamətlərdəndir. 


Depressiya ilə mübarizədə idman, sağlam qidalanma, normal yuxu rejimi, həyat tərzində müsbət yöndə dəyişikliklər, mütəxəssis həkim nəzarətində qəbul edilən antidepresant dərmanlar və psixoloji müalicə dəstəyi müəyyən dərəcədə faydalı ola bilər. Lakin problemin kökündən həlli üçün depressiyaya zəmin hazırlayan şərait aradan qaldırılmalıdır.


Dövrümüzdə cəmiyyət əsas etibarilə qatı, soyuq və sevgisiz ruh halındadır.  Bir çox insanda eqoistliyə, mübahisəyə, laqeydliyə, nifrətə, mərhəmətsizliyə, qeyri-sağlam rəqabətə hədsiz meyillilik var. Əksər insanlar vicdanına deyil, mənfəətinə uyğun davranmağı üstün tuturlar. Bunun nəticəsində ortaya çıxan mənfəətpərəstlik özü ilə bərabər insana narahatlıq, daxili sıxıntı və gərginlik gətirir. Bu xüsusiyyətlər isə, şübhəsiz, insan bədəninin tab gətirə biləcəyi şeylər deyildir. İnsan orqanizminə zidd olan ruh halının üstünlüyü özü ilə bərabər əqli, ruhi və fiziki sağlamlıqda pozuqluqlara səbəb olur. Başqa sözlə desək, insanlar sevgidən, əxlaqi və mənəvi dəyərlərdən uzaqlaşdıqca, depressiv pozuqluqlara və psixoloji problemlərə yaxınlaşırlar. Çünki insan ruhu ancaq yaxşılıq, gözəllik və sevgidən rahat olacağı şəkildə yaradılmışdır.


Ehtiyac içindəki bir uşağı görməməzlikdən gəlmək yox, bir hədiyyə ilə onu xoşbəxt etmək, bir kasıba laqeyd yanaşmaq yox, ona yardım etmək əsil sevinc və xoşbəxtikdir. İnsan ruhu daima fədakarlıq, sevgi, əxlaqi və mənəvi gözəlliklərlə “qidalanmalıdır”. Yüksək keyfiyyətli həyat sadəcə bu cür əldə edilə bilər. Daima nifrətin və hirsin hakim olduğu eqoist bir həyat normal həyat tərzi deyildir. İnsanların əksəriyyətinin bu xətaya yol verməsi heç kimi yanıltmamalıdır. İnsan sevgini və rahatlığı öz qəlbində çox gözəl hakim edə bilər. İnsanı daha üstün bir həyat tərzinə çatdıracaq şey maddi dünyanın münaqişə və ya ziddiyyətləri deyil, əksinə, özünün edəcəyi fədakarlıqlardır. Dünyanın mübahisə deyil, sevgi mühiti olduğunu dərk edən bir cəmiyyətdə depressiya kimi süni xəstəliklər tamamilə yox olacaqdır.  

 

 

Depressiyaya ən güclü dərman sevgidir
Adnan Oktar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam